Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Qohumlarımdan biri mənə hədiyyə verdi. Onu xüms günüm çatmamış satıb nəfəqəm üçün xərclədim. Bu halda xüms vacib olurmu?
Cavab:Allahın adı ilə. Sualda fərz olunan halda xüms vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Mükəlləf ehtiyacı olan kitabları alır bəzən il əsnasında ondan istifadə etmir onda xüms vacib olur?
Cavab: Allahın adı ilə, Bəli, onda xüms vacib olur. Allah daha yaxşı biləndir.
Sual: Nəcəf Əşrəfdə qəbristanlığda ailəmizin ölülərini dəfn etmək üçün yer aldıq, xüms ilimiz gəlib çatdı Allaha həmd olsun ki bizdən heç bir şəxs rəhmətə getmədi. Sual: 1- O yerin xümsü vacibdir? 2- Fərz edək ki onun xümsü var hansı qiymətlə onun xümsünü veriləcək alındığı qiymətlə yoxsa xümsü verilən vaxtının qiyməti ilə?
Cavab: Allahın adı ilə, Yeri aldığı qiyməti ilə xümsünü verəcək. Allah daha yaxşı biləndir.
Sual: Qardaşımın toyu üçün gəlinə keçən il hədiyyələr almışıq, lakin Korona böhranı buna mane oldu. Bu hədiyyələrə xüms vacibdir?
Cavab: Allahın adı ilə, Bəli həmən əşyalara xüms vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Yaşamaq məqsədilə ev tikən şəxsə xüms vacibdirmi?
Cavab: Allahın adı ilə. Əgər sərf olunan malın xümsü ödənilməyibsə və illik xüms gününə qədər həmin mal sahiblənilməyibsə, xümsün verilməsi zəruridir. Lakin əgər mal illik xüms günündən əvvəl sahiblənilsə, xüms öhdəliyi ondan götürülür. Allah daha yaxşı biləndir
Sual: Satmaq məqsədilə plastik şüşə qabları toplayan şəxs, onları bir ildən artıq saxladıqda xümsünü ödəməlidirmi?
Cavab: Allahın adı ilə. Bəli, onların xümsü ödənilməlidir. Allah daha yaxşı biləndir.
Sual: Əgər ev yalnız ehtiyac məqsədilə alınmış və orada yaşanmamışdırsa, bu halda evin xümsü necə hesablanmalıdır?
Cavab: Allahın adı ilə. Əgər vəziyyət sualda göstərildiyi kimidirsə, alınan qiymət əsasında xüms hesablanıb veriləcək. Allah daha yaxşı biləndir.
Sual: Paltar və elektron cihazlar kimi insan ehtiyaclarına aid olan əşyalar bir ildən çox istifadə edilmədikdə onlara xüms vacib olurmu?
Cavab: Allahın adı ilə. Əgər bir əşya xümsü verilmiş pulla alınmışdırsa, o, illərlə istifadə olunmasa belə, ona xüms düşmür. Əgər xümsü verilməmiş pulla alınıb və istifadə edilibsə və ya bir müddət sonra kənara qoyulubsa, bu halda da ona xüms vacib olmur. Lakin əgər xümsü verilməmiş pulla alınıb və heç istifadə edilməyibsə, bu zaman ona xüms vacib olur. Əgər mükəlləf illik xüms gününü təyin etməyibsə, o zaman əşyanı istifadə etsə belə, aldığı qiymət əsasında xümsünü hesablayıb verməlidir. Allah daha yaxşı biləndir.
Sual: Pul şəklində verilən hədiyyənin üzərindən bir il keçərsə və həmin pul ehtiyacdan artıq olarsa, onun xümsünü çıxartmaq vacibdirmi?
Cavab: Allahın adı ilə. Əgər illik xüms günü təyin olunubsa və həmin günə qədər hədiyyə qalıbsa xümsü verilməlidir. Əgər illik xüms günü təyin olunmayıbsa, mütləq şəkildə xümsü verilməlidir. Allah daha yaxşı biləndir.
Sual: Dükan sahibi dükanında olan malları xümsü verilmiş pulnan almışdır. İllik xüms günündə həmin malların xümsünü çıxarmalıdırmı?
Cavab: Allahın adı ilə. Qazanc, bazar qiymətindən yüksək olsa da, onun xümsü çıxarılmalıdır. Allah daha yaxşı biləndir
Əvvəl
1
2
Sonra