Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Zəkat vacib olan heyvanlara sahib olan bir şəxs, əgər həmin heyvanların sayı şəriətdə müəyyən edilmiş zəkat miqdarına çatmırsa, bu halda onlara xüms düşürmü? Əgər düşürsə, xüms necə hesablanmalıdır?
Cavab: Allahın adı ilə. Hal-hazırkı qiymətlərə əsasən xüms hesablanaraq çıxarılacaq. Allah daha yaxşı biləndir.
Sual: Əgər ehtiyac məqsədilə aldığın bir şeyi xümsü çıxarılmış pulla alıbsansa və həmin əşyanı bir il ərzində istifadə etməmisənsə, bu halda onun üçün əlavə xüms vacib olmur.
Cavab: Allahın adı ilə. Sualın fərzində sizə xüms vacib olmayacaq. Allah daha yaxşı biləndir.
Sual: İllik xüms günündə dolanışıq üçün ehtiyacım olan şeyləri aldım, lakin hələ istifadə etməmişəm. İndi sualım budur: xümsü bu qaydada hesablamaq düzgündürmü? Əgər həmin əşyaları bu ilin qazancı ilə almışamsa, onların dəyərini indiki qiymətlə hesablamalıyam, yoxsa keçən ilin qazancı ilə almışamsa, aldığım vaxtdakı qiymətlə hesablamalıyam?
Cavab: Allahın adı ilə. Əgər illik xüms günündən əvvəl xümsü çıxarılmış pulla bir şey almısınızsa, həmin əşyaya xüms düşmür. Amma əgər xümsü verilməmiş pulla almısınızsa, o zaman aldığınız qiymət əsasında hesablayıb xümsünü verməlisiniz. Çünki bu əşyaları şəxsi istifadə üçün almısınız. Allah daha yaxşısını bilir
Sual: İşlədiyim müddətdə hər ay maaş alırdım və bunun əsasında illik xümsümü çıxarmışam. Hazırda isə təqaüdə çıxmışam. Bu halda illik xümsümün hesablanması eyni qaydada davam edəcək, yoxsa dəyişiklik edilməlidir?
Cavab: Allahın adı ilə. İllik xümsün hesablanması və günü əvvəlki qaydada qalacaq. Allah daha yaxşı biləndir.
Sual: Əlimdə olan əşyanın xümsünü hesablamaq üçün onu illik xüms günü qiyməti iləmi, yoxsa satış qiyməti iləmi nəzərə almalıyamm?
Cavab: Allahın adı ilə. Əgər aldığınız əşya qazanc məqsədilədirsə, xümsünü bazar qiyməti üzrə hesablayacaqsınız. Əgər isə əşya şəxsi istifadə üçündürsə, xümsü alış qiyməti üzrə çıxaracaqsınız. Allah daha yaxşı biləndir.
Sual: Mən tələbəyəm və ailəmdən uzaqda yaşayıram. Hər ay atam mənə ehtiyaclarımı qarşılamaq üçün pul göndərir. Atam hər il xüms ödəyir. Bu halda, onun mənə göndərdiyi pullardan xüms çıxartmaq mənə vacibdir?
Cavab: Allahın adı ilə. Əgər atanız sizə göndərdiyi pul vacib nəfəqə (yaşamaq üçün zəruri xərclər) məqsədilədirsə, bu puldan sizə xüms çıxarmaq vacib olmayacaq. Amma əgər atanız göndərdiyi pulu sizin mülkiyyətinizə daxil edibsə və siz onun sahibi olmusunuzsa, bu halda həmin puldan xüms çıxarmaq vacibdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra