Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Həkim və tibb müəssisələrinin psixoloji (ruhi) xəstələri ilə olan rəftarlarına aid olan hökmlər nədir?
Cavab: Allahın adı ilə, Məsul tərəflərdən ümid edirəm xəstə ilə sevgi və şəfqətlə rəftar etsinlər. Çünki xəstənin müalicədə şəfqətə olan ehtiyacı dərmanlardan daha çoxdur. Çünki psixoloji rahatçılıq xəstəliyin şiddətinin pisləşməsinin qarşısını alır əksinə hətta dərman və başqa növ müalicələrin müsbət təsir etməsinə kömək edir. Allah daha yaxşı biləndir.
Sual: Hipnoterapiya ilə müalicə almağın hökmü nədir?
Cavab: Allahın adı ilə, Bunda bacarıqlı həkimlərin göstərişinə müraciət edəcək. Onların göstərişlərinə tabe olmaq vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Bəzi psixoloji xəstəliklər musiqiyə qulaq asmaq ilə müalicə olunur. Bu növ kimi müalicələrə fiqhi hökm nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Əgər bacarıqlı həkimlərin göstərişi ilə müalicə bununla məhdudlaşırsa zərurət qədərində qulaq asmaq caizdir. Allah hər bir şeyi biləndir.
Sual: Psixopat şəxsin bəzi müalicələr və psixotrop dərmanları istifadə etməsinin hökmü nədir həmən müalicələrki bəzən bir neçə saat və ya bəzən bir gün kamil huşunu itirmə və yaddaş itkisinə gətirib çıxardır?
Cavab: Allahın adı ilə, Bu cür müalicələri istifadə etməkdə gərək bacarıqlı həkimə tabe olsun. Amma ibadətə mültəzim olmaq və bütün şəri hökmlər ondan şüur halında tələb olunur. Şüurunu itirdiyi halda qəzaya getmiş namazların qəzası və eləcədə qəzası vacib olan vaciblərin, qəzasını yerinə yetirmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Narsisistik (şəxsiyyət pozğunluğu) şəxsiyyəti olan insan psixoloji xəstələr qismindən sayılır. Bu xəstəliyə yoluxan şəxsin fiqhi hökmləri ibadət, müaməlat, şəxsi status müddəaları, həddlər və cinayət hökmləri nədir?
Cavab: Allahın adı ilə, Nə qədərki dərk etməyi normaldır yəni ibadəti yadda saxlamağa qadir və işlərin arasında fərq qoymağı bacarırsa o hər bir normal insan kimi şəri hökmlərin hamısına mukəlləf olur. Allah alimdir.
Sual: Demans (ağıl zəifliyi) xəstəliyinə yoluxmuş şəxsin hökmü nədir? Demans xəstəsinin hökmü unutqanlıq xəstəliyinə yoluxmuş şəxsin hökmüdür?
Cavab: Allahın adı ilə, Fərqlidir. Çünki demans xəstəsi yalnız başqaları ilə rəftarında danışarkən təsir edir. Nə qədər ki ibadəti yadda saxlaya bilir və haramlardan çəkinə bilir ondan bunların hamısını yerinə yetirmək tələb olunur. Allah daha yaxşı biləndir.
Sual: Qeyri ixtiyari (məcburi) vəsvəsə xəstəliyinə yoluxmuş şəxsin hökmü nədir? Kəsiruş şəkk (çox şəkk) edən şəxs qisminə aid ediləcək?
Cavab: Allahın adı ilə, Əgər vəziyyət onun imkanlarından kənardısa kəsiruş şəkk qisminə şamil ediləcək. Əks halda gərək ibadəti idarə etməyə (qarışdırmamağa) çalışsın. Hətta imkanı çatdığı şəkildə başqasının köməkliyi ilə olsa belə. Allah biləndir.
Sual: Autizm xəstələrin ibadət, müaməlat və cinayətləri törətmiş hökmlərin, hökmü nədir? Dəlinin hökmünə şamil olunacaq?
Cavab: Allahın adı ilə, Normal şəxs səviyyəsindən az olsada belə idrak və hissiyyat qüvvəsini saxladığı müddətdə şəri hökmlərin hamısı ona şamil olur. Əks halda yox. Allah alimdir.
Sual: Daun sindromu xəstəliyi olan şəxsin ibadət, müaməlat, şəxsi status müddəaları, həddlər və cinayətlərin hökmü nədir. Dəli qisminə şamil ediləcək? Bunuda qeyd edimki Daun sindromuna yoluxanların bəzi halətləri yüngül yoluxma olur?
Cavab: əgər huşunu itirirsə təklif onun üzərindən götürülür. Amma əgər huşu varsa huşu olduğu müddətdə huşu miqdarında mükəlləfdir. Allah daha yaxşı biləndir.
Sual: Bəzi psixoloji müalicələrə aludə olanlar üçün Siz cənabların fiqhi hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər təbii bir şəxs kimi dərk edirsə, sağlam insanın bütün hökmləri buna şamil olacaq. Amma aludəçi olan şəxsə vacibdirki, bacarıqlı və mütəxəssis həkimin göstərişlərinə əməl etsin. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra