Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Maniya xəstəliyi olan şəxsin ibadət, müaməlat, şəxsi status müddəaları, həddlər və cinayətlərin hökmü nədir. Ona dəliliyə aid olan hökmlər şamil olacaq ya yox?
Cavab: Allahın adı ilə, Dəlilik və idrak itkisindən əziyyət çəkən şəxsə dediyimiz hökmlər burada şamildir. Allah daha yaxşı biləndir.
Sual: Delirium xəstəliyi olan şəxsin ibadət müaməlat və şəri həddləri vacib edən işlərdə hökmü necədir?
Cavab: Allahın adı ilə, Diqqət və idrak qüvvəsini qoruya bilirsə hətta normal insan səviyyəsində olmasada belə ona bütün hökmlər şamil olacaq. Amma onda dəlilik bəlli olarsa dəlinin hökmü şamil olacaq. Allah daha yaxşı biləndir.
Sual: Cinsi kimliyi olanların (transseksual) hökmü nədir? Cinsi dəyişmə əməliyyatın həyata keçirməyin hökmü nədir? Bu əməliyyatı elətdirən sürətdə ona aid olan hökmlər nədən ibarətdir, birinci cinsin hökmünə mültəzim olmalıdır yoxsa çevrildiyi cinsin hökmləri ona şamil olacaq?
Cavab: Allahın adı ilə, Bu cür əməliyyatlar caiz deyil. Kim bu cür əməliyyat elətdirsə ona əməliyyatdan öncəki cinsinin hökmləri şamil olacaq. Allah daha yaxşı biləndir.
Sual: Fobik (Təşviş, Həyəcan pozuntuları) xəstəliyi olan, bəzi ibadi məsələləri yerinə yetirəndə (həccə və camaat namazı) bu xəstəliyə yoluxduqda namazın vacibliyi bunun üzərindən götürülür?
Cavab: Allahın adı ilə, Nə qədərki dərk etməyə qadirdir və ya dərk edir işarə etdiyin və ya etmədiyin məsələlərdə normal (sağ-salamat) insanın hökmü ona şamil olur. Allah daha yaxşı biləndir.
Sual: Depressiya xəstəliyi olan, ibadat və müaməlata nisbətən hökmləri nədir gördüyü işlərdən məsuliyyət daşıyır?
Cavab: Allahın adı ilə, Şəkk yoxdurki hər bir normal insan kimi öz işlərindən məsuliyyət daşıyır. Allah alimdir.
Sual: Epilepsiya xəstəliyinin bəzi növlərinə yoluxan şəxsə dəlinin hökmü şamil olacaq yoxsa huşunu itirənin hökmü şamil olacaq?
Cavab: Allahın adı ilə, Epilepsiya zamanı düşünmə və dərk etməyi itirirsə huşunu itirənin hökmü şamil ediləcək. Amma yalnız əqli aradan gedirsə bu zaman dəlinin hökmü ona şamil olacaq. Allah daha yaxşı biləndir.
Sual: Şizofreniya xəstəliyi olan şəxsin ibadət, müaməlat, həddi onun üzərində icra etmək və cinayətkarlıq hökmünü ona şamil etməkdə, onun hökmü dəlinin hökmü kimidir?
Cavab: Allahın adı ilə, Əgər onun şizofreniyası dəlilik həddinə çatıbsa ona dəlinin hökmü şamil olacaq əks halda şamil olmayacaq. Allah daha yaxşı biləndir.
Sual: Xəyanət mövzusu barədə yazı yazmağım mənə tapşırılıb və bu mövzu barədə sizə bir neçə sualım var: 1)-İslam şəriətində qadının ərinə xəyanəti nə cür tərif olunur? Bu ümumi mənadadır ya xüsusi mənada? 2)-İslam şəriətində sosial şəbəkə və viber proqramı vasitəsi ilə qadının və ya kişinin xəyanətinin hökmü nədir? 3)-Əgər qadın və ya kişi sosial şəbəkə vasitəsi ilə və ya telefon vasitəsi ilə zina edərsə burada zinanın cəzası və həddi tətbiq olunarmı?
Cavab: 1)-Allahın adı ilə, Xəyanətin iki mənası vardır. Birincisi lüğəti mənası ki, əmanəti qorumamaq, qorunulması tapşırılan bir şeyi hifz etməməkdir. Bu məna dindən çıxmaq, həmçinin Allahın itaətindən çıxmaq, qadının ərindən icazəsiz evindən çıxması kimi işlərə tətbiq olunur. İkinci mənası dedikdə isə xəyanətin ürfdə olan mənası ki, qadının ərindən başqası ilə danışmaqla, baxmaqla belə olsa cinsi ləzzət almasıdır. Allah hidayət edəndir. 2)-Allahın adı ilə, Cavab yuxarı da verildi. Allah hidayət edəndir. 3)-Allahın adı ilə, Zinanın mənası dəqiqdir və budur ki, kişinin cinsiyyət orqanını qadına arxa və qabaqdan daxil etməsidir. Şəriət də, naməhrəmə baxmaq, toxunmaq, zina təbiri ilə gəlmişdir. Lakin bu əməllərin nə qədər böyük günah və haram olduğunu bildirmək üçündür. Zinanın cəzası olan hədd məsələləri burada sabit olmayıb. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra