Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin İran İslam Respublikasının Prezidenti və onu müşayiət edən nümayəndə heyətinin ağrılı helikopter qəzasında həlak olmaları ilə əlaqədar bəyanatı

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin İran İslam Respublikasının Prezidenti və onu müşayiət edən nümayəndə heyətinin ağrılı helikopter qəzasında həlak olmaları ilə əlaqədar bəyanatı



20/5/2024


Bismilləhir-Rahmənir-Rahim

“O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona tərəf də qayıdacağıq!”– deyirlər”.

İran İslam Respublikasının hörmətli xalqı və rəhbərliyi.

Dünən axşam İran İslam Respublikasının Prezidenti cənab Rəisi və onu müşayiət edən nümayəndə heyətinin rəblərinə tərəf getmələrinə səbəb olan  faciəvi helekopter qəzasını böyük maraqla izlədik.

Bu halda biz ancaq Allahın əzəmətli vəlisinə (ə.s), İran İslam Respublikasının rəhbərliyinə, İran xalqına və xüsusən də Allah-taalanın onu ömrünü elm öyrənmək, İmam Rzaya (ə.s) qulluq etmək, müdrik rəhbərliyi və onu müşayiət edənlərin (r.ə) vasitəsilə İran xalqına xidmət etməklə keçirməyə hidayət etdiyi höccətul-İslam vəl-müslimin möhtərəm  Seyid İbrahim Rəisinin vəfatından kədərlənən ailələrinə başsağlığı və təsliyət bildirə bilərik. Biz Uca Allahdan diləyirik ki, təqdim etdiklərini və başlarına gələnləri Onunla qarşılaşacaqları gün onlara şəfaətçi etsin və O, onlardan razı qalsın.

Necə ki, uca Allahdan İran xalqına səbr və qüvvət diləyirik ki, Allahın izni ilə onların rəhbərliyi altında yollarına davam etmək üçün Allahın onlara bəxş etdiyi sınaq və imtahan sayəsində həmişəkindən daha güclü olsunlar.

Biz, Allaha məxsusuq və Ona tərəf də qayıdacağıq! Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla