Kərkük şəhərinin əhalisindən olan nümayəndə heyət, Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) hüzurunda
11/1/2024
Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) imam Əmirul-möminini (ə.s) ziyarət etməyə gələn Kərkük şəhərinin əhalisindən bir heyəti qəbul etdi.
Hörmətli Şeyx atalıq nitqində vurğuladı ki, imam Əmirul-möminin (ə.s) müttəqilərin imamıdır və şiələr də təqvalı olmalı və Yaradanın razılığına nail olmaq üçün çalışmalıdırlar. Belə ki, onlar həqiqətən Əmirul-mömininin (ə.s) şiəsi sifətinə və Qiyamət günü onun şəfaətinə nail olmağa layiq olsunlar.
Hörmətli Şeyx izah etdi ki, hər bir əməlin qəbulu və Allahın razılığını əldə etmək üçün insanda gərək Allahla yaxınlaşmaq yəni, qürbətən ilallah niyyəti olsun.
Hörmətli Şeyx təkidlə izah etdi ki, Əhli-Beytin (ə.s) rəvayətlərində möminlərə hər bir əməl və sözə görə özlərini mühasibə etməyin vacibliyini vurğulayır və işarə etdiki hətta bəzi rəvayətlər bu işin vacibliyini bildirir. Çünki bu işin möminlərə təsiri vardır. İnsanın özünü düz yola islah etməsi onu düzgünlüyə çəkir.
Hörmətli Mərcəi təqlid (kölgəsi davamlı olsun) əlavə etdi ki, biz bütün üzvlərimizi Allaha və Onun haqq dininə itaətdə istifadə etməliyik və əməllərimiz və niyyətlərimiz Aləmlərin Rəbbi üçün xalis olmalıdır. Allahın qəzəbinə səbəb olan haram işlərə düşməmək üçün halal və haram olan şeylərin qaydalarını bilməli və dini məsələlər öyrənilməlidir.