Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Fələstin xalqına və İslam ölkələrinə edilən hücumlar haqqında bəyanatı

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Fələstin xalqına və İslam ölkələrinə edilən hücumlar haqqında bəyanatı



10/8/2024


Ədəd: 623. Tarix: 5 Səfər 1446 h, 10.08.2024 m.

 

Bismilləhir-Rahmənir-Rahim

"Ya Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!"

Uca və əzəmətli Allah doğru buyurdu.

Fələstin xalqına qarşı edilən xain hücumları, xüsusilə bu səhər erkən saatlarda Qəzzədəki Allahın evlərindən birində ibadət edənlərə qarşı edilən hücumu ən sərt ifadələrlə qınayır və pisləyirik. Bu hücum nəticəsində çox sayda şəhid və yaralılar ədalətsiz və haqsız yerə həyatını itirmişdir. Bu isə xalqlara və vətənlərə qarşı edilən xəyanət və təcavüz metodunun davamıdır.

Necə ki, İran İslam Respublikasına qarşı açıq və qəddar bir hücum həyata keçirildi, bu hücum İranın suverenliyinin kobud şəkildə pozulması ilə nəticələndi və müqavimət hərəkatının liderlərindən olan İsmail Həniyyənin qətlə yetirilməsi ilə baş verdi. Bu hücumdan əvvəl də Livan, Suriya, Yəmən və digər ölkələrin ərazilərinə qarşı təcavüzlər baş vermişdi. Bu hücumlar nəticəsində çoxlu sayda şəhid və yaralılar oldu, xüsusilə də şəhidlər sırasında müqavimətin önəmli simalarından biri olan şəhid komandir Seyid Fuad Şükür ön planda dayanırdı.

Bu həmçinin bütün dəyərlərin və ilahi və dünyəvi qanunların açıq-aşkar pozulması ilə müşayiət olundu; aclıq, məcburi köçürmə, terror və qadınlarla uşaqların öldürülməsi ilə insanlığa və insan dəyərinə qarşı böyük bir hörmətsizlik nümayiş etdirildi.

Bu məqamda deyirik: Əgər dünya qalan insanlığı ilə bu mikrobun qarşısını almasa, onu əvvəli və sonu olmayan bəlalara sürükləyəcək.

Hüquq müdafiəsi şüarlarını qaldıran dövlətlərə və təşkilatlara xatırladırıq ki, zülmkarı durdurmaq və məzlumun müdafiəsi ilə bağlı qəti mövqeyiniz olmadığı müddətcə yaratdığınız qanun və prosedurların heç bir dəyəri yoxdur.

Biz müsəlmanları bu qəsbkar qurumu Fələstin torpaqlarıvə İslam ölkələrindən təmizlənilməsi üçün ciddi işə səsləyirik.

Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur.




Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla