Ayətuallah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Pakistanın Paraşnar şəhərində baş verən son hadisələrlə bağlı və oradakı əzizlərinə olan bəyanatının tərcüməsi
27/7/2024
Ədəd: 11 Tarix: Məhərrəm ayının 21-i, 1446-cı il, müvafiq olaraq: 27.07.2024-cü il.
Bismilləhir Rahmənir Rahim.
Möminlərin arasında elələri vardır ki, Allaha verdikləri sözə sadiq qalarlar. Onlardan kimisi şəhid olmuş, kimisi də (şəhidliyi) gözləyir. Onlar verdikləri sözü qətiyyən dəyişdirmədilər.
Sadaqallahu-ləliyyu-lazim.
Təəssüflər olsun ki, son bir neçə gündə Pakistanın Paraşnar şəhərilə bağlı və bütün dövlət və təhlükəsizlik orqanlarının gözü qarşısında terroristlərin orada davamlı olaraq dindarları hədəf alması ilə bağlı narahatedici xəbərlər aldıq.
Qəribədir, ümmət nə vaxta qədər gənclərin cənazələrini çiyinlərində daşıyaraq dəfn edəcəklər? Pakistan İslam Dövlətinin qurulmasında əsas rolu olan və indiyə qədərdə var olanlar başa düşülən deyil! Bu terrorçuların liderləri elə təsir gücünə malikdirlər ki, ölkənin bütün qurumları gücsüzdür?
Hökumətə ölkədəki hər bir vətəndaşa sülh, təhlükəsizlik və nizam təmin etmək məsuliyyəti düşür. Vətəndaşların hökumət və dövlət qurumlarının yalnız sözlərdən ibarət olmayan praktik tədbirlərə inandığını başa düşməsi üçün konkret addımlar atılmalıdır.
Hər kəs üçün aydın olmalıdır ki, dünyada bir çox ölkələr var ki, orada insanlar müxtəlif dinlərdə bir arada sülh içində yaşayır, öz dinlərinə və inancına riayət edirlər. Alimlər və nüfuzlu şəxslər qarşılıqlı sülh şəraitinin təşviqində fəal rol oynamalıdırlar. Möminlər bu çətin dövrdə qardaşlarını terrorçuların arasında tək buraxmamalı, ən azından onları dualarında unutmamalıdırlar.
Əzizlərimiz, doğrudur ki, biz sizdən uzaq məsafələrdə olsaq da xidmətinizdə ola bilməsək də, siz bizim qəlbimizdə və dualarımızdasınız. Yalnız dualarımızda deyil, həm də Allahın rəhməti, Əhli-beytin (ə.s) kərəmi və lütfü də sizinlədir. Şəhidlərimiz də Əhli-beytlə (ə.s) birlikdədirlər və onların xüsusi şəfaətlərinin, xüsusilə də Allahın Böyük Vəlisinin (ə.f) diqqəti altındadırlar. "Zalımlar isə qayıdacaqları yeri mütləq biləcəklər". Uca və əzəmətli Allahdan başqa güc və qüvvət sahibi yoxdur.
Vəssəlamu əleykum vərhmətullahi vəbərakətuh...
Şeyx Bəşir Hüseyn Nəcəfi
Nəcəf Əşrəf
Məhərrəm haram / 26 / 1446 / m.