Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Ayətullah, Əllamə Şeyx Həsən Tərad Amilinin (r.ə) vəfatı ilə bağlı başsağlığı verdi

Ayətullah əl üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Ayətullah, Əllamə Şeyx Həsən Tərad Amilinin (r.ə) vəfatı ilə bağlı başsağlığı verdi



12/8/2024


 

.

 

Bismilləhir Rahmənir Rahim

İmtahan etdiyinə görə Allaha həmd, bəxş etdiyi nemətlərə görə şükür, aləmlərə rəhmət olaraq göndərilmiş Muhəmməd ibn Abdullah və onun pak Əhli-Beytinə salavat və salam və onların bütün düşmənlərinə isə əbədi lənət olsun.

Şərafətli hədisdə buyurulub: (Alim ölsə (dində) elə boşluq yaranar ki, qiyamətə kimi onun yerini dolduran bir şey tapılmaz).

İslam alimlərindən biri və İmamiyyə şiələrinin fəqihlələrindən biri və Livan və Nəcəf Əşrəfin elmi mərkəzinin böyük ustadlarından biri hörmətli Ayətullah, Əllamə Şeyx Həsən Tərad Amilinin (r.ə) vəfatı xəbərini dərin hüzn və təəssüflə qarşıladıq. O, Nəcəf Əşrəf və Livanda elmi mərkəzdə xidmət etmiş və göstərdiyi səylər əsasında böyük irs qoyaraq alim və din tələbələr yetişdirərək uzun ömürdən sonra uca Allaha qovuşdu.

Birinci, Allahın əzəmətli vəlisinə (ə.f), mərhumun ailəsinə, elmi mərkəzlərə və onu bütün sevənlərə başsağlığı veririk sonra isə Onu Allahdan geniş mərhəməti ilə əhatə etmək, məsum Ağaları (ə.s) ilə məhşur etməsi, ailəsinin və aşiqlərinin qəlblərini səbir və təsəlli ilə gücləndirməsini diləyirik. O, eşidən və cavab verəndir.

Uca və Əzəmətli Allahdan başqa heç bir güc və qüvvət sahibi yoxdur.



 

Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla