Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Qurban bayramı münasibətilə Nəcəful-Əşrəfin təhlükəsizlik rəhbərlərini qəbul etdi
29/6/2023
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfin Polis rəisi, general-leytenant, doktor Muhəmməd Sami Məzlum və onunla birlikdə gələn təhlükəsizlik qurumlarının rəhbər və zabitlərini qəbul etdi. Eyni zamanda, Nəcəful-Əşrəf Hərbi Kəşfiyyat İdarəsinin müdürü və onunla gələn nümayəndə heyətini ayrı-ayrılıqda qəbul etdi.
Bu görüşlər Qurban bayramı münasibətilə mərcəi-təqlidi (kölgəsi davamlı olsun) təbrik etmək məqsədilə baş tutdu.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) öz çıxışında vurğuladı ki, İraq İslamın və dinin qüdrətidir. Hər kəs öz məsuliyyəti və rolu çərçivəsində İraqın inkişafı üçün çalışmalıdır. O, qeyd etdi ki, İraqın Allah yanında xüsusi bir məqamı var. Çünki İraq, peyğəmbərlərin (ə.s) və rəsulların (ə.s) beşiyi, Əhli-beytin (ə.s) altı imamının məkanıdır. Bundan başqa, burada övliyalar və saleh şəxslər də vardır. Eyni zamanda, İraq imam Sahibuz-Zamanın (canımız onun ayağının tozuna fəda olsun) rəhbərliyi altında dünyanın idarəçilik mərkəzidir.
Sözügedən görüşdə Nəcəful-Əşrəfin şiəlikdə xüsusi bir məqamının olduğunu vurğulayan mərcəi-təqlid (kölgəsi davamlı olsun) şəhərin təhlükəsizliyini və vətəndaşların, ziyarətçilərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi səylərin göstərilməsinin vacibliyini bəyan etdi. O, Nəcəful-Əşrəfi şiəliyin mərkəzi və paytaxtı adlandırdı.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) əlavə etdi ki, İraq dünyada mühüm bir ölkədir və təhlükəsizlik və iqtisadi sahələrdə qlobal təcrübələrdən istifadə edərək böhranların və problemlərin öhdəsindən gəlməlidir. O, işsizliyin ən vacib məsələlərdən biri olduğunu qeyd edərək, İraq dövləti tərəfindən bu problemin həlli üçün əsaslı addımlar atılmasının vacibliyini vurğulamışdır. O, İraq vətəndaşına iş və ləyaqətli həyat təmin etməyin sadəcə bir yaxşılıq olmadığını, qanuni və dini bir öhdəlik olduğunu bildirdi.
Nümayəndə heyətinin rəhbərləri isə mərcəiyyətin verdiyi nəsihət və tövsiyələrə görə ona təşəkkür etdilər.