Beynəlxalq qarilərin geniş iştirakı ilə… Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrədə Beynəlxalq Quran Məclisi keçirdi.
14/2/2025
Beynəlxalq Quran Məclisi keçirdi.
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölkgəsi davamlı olsun) Bəsrə şəhərinin Mədinə qəsəbəsindəki nümayəndəsi geniş beynəlxalq qari iştirakçılığı ilə Beynəlxalq Quran Məclisi təşkil etdi. Bu tədbir İran Konsulluğunun Mədəniyyət Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində keçirildi və Bəsrə cəmiyyətinin müxtəlif təbəqələrinin geniş iştirakı ilə müşayiət olundu.
Seyid Muhəmməd Cabiri tədbirlə bağlı açıqlamasında dedi: "Son günlərdə biz böyük bir Quran məclisinin keçirilməsinin şahidi olduq. Bu məclisdə bir sıra beynəlxalq qari iştirak etdi, Bəsrə cəmiyyətinin müxtəlif təbəqələrindən insanlar və İran İslam Respublikasından bir qəbilə nümayəndə heyəti tədbirə qatıldı. Onlara xidmət etmək bizim üçün bir şərəf idi. Belə Quran məclisləri və tədbirlərinə diqqət yetirmək qardaşlıq, birlik və həmrəyliyi gerçəyə çevirir, Allahın şüarlarını yaşatmaq və İslam dininə yardım məqsədi daşıyır".
O, çıxışı zamanı qeyd etdi ki, nümayəndəlik, Allahın kitabına xidmət etmək üçün belə Quran məclisləri və tədbirlərini təşkil etməklə böyük səylər göstərir və bu yolda heç bir zəhmətdən çəkinməyəcək. Bütün bu işlər Allahın lütfü və müvəffəqiyyəti sayəsində həyata keçirilir.
Seyid Cabiri bu mübarək Quran məclisinin təşkilində göstərilən səyləri yüksək qiymətləndirərək, tədbirin uğurla baş tutmasına səbəb olan əməkdaşlıq üçün xüsusi minnətdarlığını bildirdi.