Kərbəlada Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi… Dul və yetim ailələrinə bu mübarək ayda nəzərdə tutulan qida paylarını təqdim etdi

Kərbəlada Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi… Dul və yetim ailələrinə bu mübarək ayda nəzərdə tutulan qida paylarını təqdim etdi



14/2/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Kərbəla şəhərinin Tüveyric qəsəbəsindəki nümayəndəsi, imam Kazım (ə.s) məscidi və hüseyniyyəsində bu mübarək ay üçün nəzərdə tutulan qida paylarını dul və yetim ailələrinə payladı.

Seyid Qasım Cabir Musəvi bu barədə açıqlamasında dedi: "Allah-taalanın lütfü və müvəffəqiyyəti ilə nümayəndəliyimiz bu mübarək Şaban ayında dul və yetim ailələri üçün nəzərdə tutulan qida paylarını payladı. Yardım alan ailələrin sayı 150-dən çox olub. Onlar öz paylarını (toyuq əti, un və xurma) rəsmi siyahılar və xüsusi xeyriyyə proqramı çərçivəsində qəbul etdilər".

O, bu xeyriyyə kampaniyalarının davam edəcəyini bildirərək vurğuladı ki, biz bu ailələrin real ehtiyaclarını anlayırıq və onların tələbatını vaxtında qarşılamaq üçün tam səylə çalışırıq. Çünki mövcud vəziyyət bizdən bu ailələrə yardım göstərməyi və imkan daxilində onlara dəstək olmağı tələb edir.

Seyid Musəvi, həmçinin, bu nəcib işə töhfə verən xeyirxah insanlara minnətdarlığını ifadə edərək dedi: "Onların gördüyü böyük iş Allah-taalanın nəzərindədir, inşallah mükafatını da O verəcək".



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla