Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəliyi Vasit Universitetinin Ədəbiyyat Fakültəsi tərəfindən təşkil olunan elmi simpoziumda iştirak etdi
14/2/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Vasit şəhərinin Küt rayonundaki nümayəndəliyi, Vasit Universitetinin Ədəbiyyat Fakültəsi tərəfindən Mübarək Şaban ayında imamların (ə.s) mübarək mövludlarını anmaq məqsədilə təşkil edilən elmi simpoziumda iştirak etdi.
Simpoziumda çıxış edən Şeyx Muhəmməd Bədri, Əhli-beytin (ə.s) mübarək doğum günlərini qeyd etməyin əhəmiyyətindən bəhs edərək dedi: "Bu cür dini mərasimlər Əhli-beytə (ə.s) bağlılığı gücləndirən mühüm amillərdən biridir. Allah-taala bizə müqəddəs Kitabında onların sevgisini əmr edərək buyurur: (De ki: Mən sizdən bunun müqabilində yaxınlarıma məhəbbət bəsləməkdən başqa heç bir mükafat istəmirəm) (Şura surəsi, 23-cü ayə). Şübhəsiz ki, imamların (ə.s) mövludlarını və vəfatlarını anmaq, onların fəzilətlərini və çəkdikləri haqsızlıqları xatırlamaq, bu tədbirlər vasitəsilə İslamın əsas prinsiplərini yaymaq və dini dəyərləri möhkəmləndirmək və Əhli-beytin (ə.s) yolunu dirçəltməyə xidmət edir".
O, çıxışı zamanı vurğuladı ki, bu cür tədbirlər keçirmək və qanuni vasitələrlə sevinci ifadə etmək dini ənənələrin davamıdır. Zaman və məkan dəyişsə də, bu adət heç vaxt öz mahiyyətini itirməmişdir.
Şeyx Bədri həmçinin qeyd etdi ki, bu tədbirləri keçirərkən diqqətli olmalı, bütün əməllərimizin və sözlərimizin şəriətə uyğun olmasına nəzarət etməliyik. Çünki yanlış və nəzarətsiz addımlar bu əziz xatirələrin mahiyyətindən uzaqlaşmağa səbəb ola bilər. Beləliklə, bu tədbirlər, onların mahiyyətini və dəyərlərini çatdırmaq üçün ən gözəl vasitə olaraq qalmalıdır.