Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Əllamə seyid Şəmim Həsəni və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi
1/2/2025
Nümayəndə heyətinə Hindistanın Lakna şəhərindən gələn "Əncamən Qulaman Seyyidə Zeynəb (s.ə)" movkibi və Kərbəla şəhərində keçirilən beynəlxalq "Səbir və Vəfa" festivalının təşkilatçıları daxil idi.
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), Hindistanın Lakna şəhərindən gələn "Əncamən Qulaman Seyyidə Zeynəb (s.ə)" movkibinin rəhbəri Əllamə Şəmim Həsəni və onu müşayiət edən nümayəndə heyətini qəbul etdi.
Nümayəndə heyətinə movkibin üzvləri ilə yanaşı, Hindistanın Benares şəhərindən olan alimlər, şairlər və dini təbliğçilər də daxil idi. Onlar Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) üçün, öz əlləri ilə yazdıqları, Zəmzəm suyu və müqəddəs şəfa torpağından istifadə edilən Quranın otuzuncu cüzünü təqdim etdilər.
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) bu xidmətləri bərəkətli sayaraq, Uca Allahdan onların işlərində daha çox uğur və müvəffəqiyyət arzuladı. O, İslam dininə etdikləri xidmətlərə görə nümayəndə heyətinə minnətdarlığını bildirdi və bu cür fəaliyyətlərin böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Görüş zamanı hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), möhtərəm alimlər qarşısında çıxış edərək, Lakna hövzəsinin dini və elmi mövqeyinin gücləndirilməsinin və onun əvvəlki günlərdə olduğu kimi yenidən canlandırılmasının vacibliyini qeyd etdi. O, bunun yalnız hər kəsin birgə səyi ilə mümkün olacağını bildirdi.
Qeyd edək ki, bu movkibin fəaliyyətləri hörmətli mərcəi-təqlidin (kölgəsi davamlı olsun) ofisinin dəstəyi və onun Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müdürü və təmsilçisi Şeyx Əli Nəcəfinin nəzarəti altında həyata keçirilir.
Hər il bu movkib, Şaban ayının üçüncü gecəsində Kərbəla şəhərində, imam Hüseyn (ə.s) və Həzrət Abbasın (ə.s) hərəmləri arasındakı "Beynül-Hərəmeyn" adlı müqəddəs məkanda böyük bir festival təşkil edir. "Səbir və Vəfa Festivalı" adlanan bu tədbirdə Hindistan, Pakistan və dünyanın müxtəlif yerlərindən gələn Əhli-beyt (ə.s) şairləri və ədibləri iştirak edir, öz şeirləri və çıxışları ilə Şaban ayının mübarək nurlarını yad edirlər.