Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Höccətül-İslam vəl-müslimin Seyid Mürtəza Mürtəza Amilini qəbul etdi

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Höccətül-İslam vəl-müslimin Seyid Mürtəza Mürtəza Amilini qəbul etdi



31/1/2024


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Livan dövlətinin din alimlərindən və tanınmış şəxsiyyətlərindən biri, həmçinin Keniya dövlətində İmamiyyə (İsnə Əşəriyyə (on iki imamlı)) müsəlman icmasının imamı olan Höccətül-İslam vəl-müslimin Seyid Mürtəza Mürtəza Amilini qəbul etdi. O, Afrikada möminlərə xidmət etməkdə və peyğəmbərlərin Rəhbərinin (s) bayrağını qitədə dalğalandırmaqda böyük xidmətlər göstərir.

Görüş zamanı Əhli-beytin (ə.s) mövqeyi, onların əzəməti və mənəvi məqamı barədə söhbət aparıldı. Həmçinin İslam və müsəlmanların dünyadakı, xüsusilə Afrika qitəsindəki vəziyyəti, eləcə də İslamın həqiqi, Muhəmmədi təlimlərinin cəmiyyət arasında yayılması və doğru inanc və əxlaq əsasında davranışların formalaşması mövzuları müzakirə edildi.

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Seyid Amilinin İslamın həqiqi mahiyyətini müxtəlif ölkələrdə, xüsusilə Afrika qitəsində yaymaq istiqamətində çəkdiyi böyük zəhmətləri təqdir etdi və onun bu sahədəki fədakarlıqlarını alqışladı.

Sonda hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) uca Allahdan ümməti hidayət və islah yoluna yönəltməsini dilədi.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla