Diyalə…Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi
İmkansız və ehtiyaclı ailələrə ərzaq paylaması davam edir
28/3/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi imkansız və ehtiyaclı ailələrə ərzaq paylamasını davam etdirir.
Şeyx Harun Muhəmmədi bildirib: “Nümayəndəlik, bizdə qalan ərzaq səbətlərini, yardıma həqiqətən ehtiyacı olan şəxslərə yardım və dəstəyi çatdırmaq üçün istifadə etdiyimiz xeyriyyə siyahılarında qeydiyyatda olan imkansız və ehtiyaclı ailələrə paylamağa davam edir".
O, çıxışı zamanı qeyd edib ki, bu yardımlar bizə "Ənvarun-Nəcəfiyyə Mədəniyyət və İnkişaf Fondu"nun təşəbbüsü ilə çatdırılıb. Bu fond, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) ofisinin nəzarət etdiyi qurumlardan biridir və uzun illərdir Müqəddəs Ramazan ayında möminlərə xidmət edir.
Şeyx Muhəmmədi bu xeyriyyə sahəsində çalışan hər kəsə təşəkkür və minnətdarlığını bildirərək, xeyirxah insanları bu mühüm humanitar sahədə nümayəndəliyin layihələrini dəstəkləməyə davam etməyə çağırıb.