Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrə şəhərinin hörmətli şeyxləri, nüfuzlu şəxsləri və əhalisi ilə görüşdü

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Bəsrə şəhərinin hörmətli şeyxləri, nüfuzlu şəxsləri və əhalisi ilə görüşdü



28/3/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Şafi qəsəbəsindəki nümayəndəsi bölgənin bir sıra hörmətli şeyxləri, nüfuzlu şəxsləri və əhalisi ilə görüş keçirdi.

Şeyx Müsənna Rübeyi bildirdi: “Bu görüş, Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəlik və vəkillik ofisləri tərəfindən göstərilən xeyirxah səyləri izləmək məqsədilə baş tutdu. Xüsusilə Müqəddəs Ramazan ayında təşkil olunan və Bəsrə vilayətindəki bir çox əziz ailəyə xidmət göstərən xeyriyyə tədbirləri, dini moizələr, seminarlar və mədəni-humanitar proqramlar bu səylərin bir hissəsidir".

O, əlavə edib ki, bu fəaliyyətlərin hamısı, ehtiyaclı və imkansız ailələrin Müqəddəs Ramazan ayı boyunca gündəlik ehtiyaclarını qarşılamaq məqsədi daşıyan dini və inkişaf yönümlü bir proqram çərçivəsində həyata keçirilib.

Şeyx Rübeyi, həmçinin nümayəndəliyin göstərdiyi bu dəyərli səylərə görə razılığını ifadə edən və təşəkkürlərini bildirən Şafi qəsəbəsinin əziz sakinlərinə minnətdarlığını bildirib.

 

 

Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla