Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Fitr bayramı münasibətilə təbrikə gələn heyətləri qəbul etdi və nəfsin hesaba çəkilməsi və davranışların islahı barədə tövsiyələr verdi
1/4/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) ölkə daxili və xaricindən gələn nümayəndə heyətlərini qəbul edərək Mübarək Fitr bayramı münasibətilə onlardan təbriklər aldı.
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun), Heyətlə söhbətində bir sıra ata nəsihətləri və istiqamətləndirici tövsiyələr verərək, möminlərin Əhli-beytin (ə.s) dini və əxlaqi yoluna möhkəm sarılmalarının zəruriliyini vurğulayıb. Bu yolun doğru və Uca Allahın razılığına aparan düzgün yol olduğunu qeyd edib.
Həmçinin o, müqəddəs ziyarətgahların ziyarətinin nəfsin islahı və pis davranışların yaxşıya çevrilməsi üçün fürsət olduğunu bildirib. Əhli-beyt imamlarının (ə.s) nəfsin davamlı hesaba çəkilməsini tövsiyə etdiklərini qeyd edərək, insanın öz səhvlərini və mənfi vərdişlərini tanıyıb düzəltməsinin vacibliyini vurğulayıb. O, həmçinin “Ziyarətin qəbul olunmasının əlaməti insanın davranışında müsbət dəyişikliklərin baş verməsidir” deyə bildirib.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun), insanın hər gün özünü hesaba çəkməsinin və əməllərini doğru və yanlış, Allahın razılığı və narazılığı baxımından ölçüb-dəyərləndirməsinin vacibliyinə diqqət çəkib. O, səhvlərin islahı və doğru əməllərin gücləndirilməsi ilə insanın təqva və ilahi yaxınlıq dərəcələrinə yüksələ biləcəyini bildirib.
Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun)söhbətinin sonunda möminləri yetimlərə qayğı göstərməyə, onlarla əlaqəni davam etdirməyə, həm maddi, həm də mənəvi dəstək verməyə çağıraraq, bu yetimlərin bütün İraq xalqının boynunda bir əmanət olduğunu vurğulayıb.