Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) türkiyəli Ələvi zəvvarlardan ibarət heyəti qəbul edib və müqəddəs ziyarətgahları ziyarət zamanı təqva və əxlaqi yüksəlişin önəmini vurğulayıb

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) türkiyəli Ələvi zəvvarlardan ibarət heyəti qəbul edib və müqəddəs ziyarətgahları ziyarət zamanı təqva və əxlaqi yüksəlişin önəmini vurğulayıb



8/4/2025


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) İraqdakı müqəddəs ziyarətgahlara səfərləri çərçivəsində onu ziyarət edən türkiyəli Ələvilərdən ibarət heyətlə görüşüb. Görüş zamanı O, möminlərin həyatında mühüm sayılan bir sıra atalıq nəsihətləri və dəyərli tövsiyələr verib.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) çıxışında təqvalı olmağın zəruriliyinə diqqət çəkərək bildirib ki, Əhli-beyt imamları (ə.s) rəvayətlərində nəfsin hesaba çəkilməsinin təqva yolunda ilk addım olduğunu vurğulayıblar. Bu mərhələ insanın doğru ilə yanlışı ayırd etməsində və öz yolunu düzəltməsində ona yardımçı olur.

O həmçinin qeyd edib ki, müqəddəs ziyarətgahlara edilən ziyarət yalnız dini ayinlərin yerinə yetirilməsi deyil, eyni zamanda insanın nəfsini tərbiyə etməsi və əxlaqını ucaltdığı mənəvi bir dayanacaqdır. Zəvvarları, cəmiyyətdəki davranış və münasibətləri ilə Əhli-beyt (ə.s) yolunun canlı nümayəndələri olmağa çağırıb.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) Nəcəful-Əşrəfin elmi və mənəvi mərkəz kimi mövqeyini, habelə bu şəhərdəki hövzənin İslam düşüncəsinin əsaslarını möhkəmləndirən böyük alim və fəqihlər yetişdirdiyini vurğulayıb.

O, həmçinin imam Hüseynin (ə.s) dini qorumaq naminə böyük fədakarlıqlar etdiyini qeyd edərək bildirib ki, Həzrət Muhəmmədin (s) gətirdiyi əsl İslam – Əhli-beyt (ə.s) vasitəsilə bizə çatan – həqiqi dəyərlər, ədalət və insan ləyaqətindən ibarət bir sistemdir və bəşəriyyətin səadəti və sabitliyini təmin edir.





Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla