Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Mərkəzi Ofisi Əbülfəzl Abbasın (ə.s) ziyarətgahının əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib və şükr və istiğfar dəyərlərinin əhəmiyyətini vurğulayıb

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Mərkəzi Ofisi Əbülfəzl Abbasın (ə.s) ziyarətgahının əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib və şükr və istiğfar dəyərlərinin əhəmiyyətini vurğulayıb



8/4/2025


Səfərləri çərçivəsində Nəcəful-Əşrəf şəhərinə baş çəkən müqəddəs Əbülfəzl Abbasın (ə.s) ziyarətgahının əməkdaşlarından ibarət nümayəndə heyəti Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Mərkəzi Ofisi tərəfindən qəbul edilib.

Ofisin nümayəndəsi, hörmətli Seyid Muhəmməd Tahir Cəzairi tərəfindən keçirilən istiqamətləndirici mühazirədə istiğfar və şükrün ali imani dəyərlər olaraq əhəmiyyəti müzakirə olunub. O, qeyd edib ki, istiğfar təkcə dillə deyiləcək bir ifadə deyil, əksinə, səmimi peşmançılıq və günaha qayıtmamaq qərarı ilə müşayiət olunan daxili bir haldır. Eyni zamanda, şükrün də yalnız Allahın nemətlərini həqiqətən hiss etməklə və bu nemətləri həm davranış, həm də sözlə etiraf etməklə tam olduğunu bildirib.

Seyid Cəzairi əlavə edib ki, İmamlar (ə.s) tərəfindən nəql olunan rəvayətlərdə insanın həyatında ya günah, ya da nemət olduğu və hər iki halda Allahın insan qarşısında hüccətini tamamladığı vurğulanır. O, iştirakçıları bu iki dəyərin dərinliyini anlamağa və şəxsi və ictimai həyatlarında tətbiq etməyə çağırıb.

O, həqiqi möminin günahını etiraf edib istiğfar edən, nemətini etiraf edib şükür edən şəxs olduğunu vurğulayıb. Bu etirafın ibadətin mahiyyəti olduğunu bildirərək imam Baqir (ə.s) tərəfindən buyurulan bu kəlamı xatırladıb: “Allaha and olsun, Allahın insanlardan istədiyi yalnız iki xüsusiyyətdir: nemətlərini etiraf etsinlər ki, O artırtsın, günahlarını etiraf etsinlər ki, O bağışlasın".

Sonda o, Əhli-beytin (ə.s) ziyarətgahlarında xidmət etməyin, o cümlədən Əbülfəzl Abbasın (ə.s) hərəminə xidmətin, ən böyük nemətlərdən biri olduğunu və bu nemətin dəyərini dərk etməyi, bu xidmətin şükrünü isə ixlas və haramlardan çəkinməklə ifadə etməyi zəruri sayıb. 



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla