Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Sincar bölgəsinin tanınmış ağsaqqallarından ibarət nümayəndə heyətini qəbul edərək bildirdi
“Nəcəful-Əşrəf və mərcəiyyətin evi bütün iraqlılar üçündür".
19/10/2025
Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) təmsilçisi və Nəcəful-Əşrəfdəki mərkəzi ofisinin müdiri, hörmətli Şeyx Əli Nəcəfi Neynəva şəhərinin Sincar qəzasının şeyx və ağsaqqallarından ibarət bir nümayəndə heyətini qəbul etdi.
Görüş zamanı Şeyx Əli Nəcəfi qonaqları səmimiyyətlə qarşılayaraq vurğuladı ki, Nəcəful-Əşrəf və dini mərcəiyyətin evi tarix boyu və bu gün də bütün iraqlılar üçün bir ocaq olmuşdur və mərceiyyətin qapıları ölkənin bütün övladlarının üzünə heç bir fərq qoymadan açıqdır. O, əlavə etdi ki, ali dini mərceiyyə İraqın birliyinin qalası və xalqının izzətinin qoruyucusu hesab olunur.
Şeyx Əli Nəcəfi həmçinin qeyd etdi ki, Sincar əhalisi və digər şəhərlərin sakinləri İraqın milli toxumasının ayrılmaz hissəsidir, bütün icmalara hörmətlə yanaşmaq və onların haqlarını qorumaq dini və milli bir vəzifədir. O vurğuladı ki, mərceiyyə bütün iraqlılara ata qayğısı ilə baxır, onların təhlükəsizliyi və sabitliyi üçün çalışır.
O, həmçinin gəncləri elm və əməl sahəsində ciddiyyətə və fədakarlığa, vətənə xidmətə, dini və mədəni kimliyi qorumağa çağırdı və qeyd etdi ki, əsil dəyərlərə bağlı qalmaq, elm və quruculuğa davam etmək İraqın inkişafı və sabitliyinin yeganə yoludur.
Nümayəndə heyətinin üzvləri isə Şeyx Əli Nəcəfiyə səmimi qəbuluna və ata qayğısına görə təşəkkür edərək, ali dini mərcəiyyətin milli birliyi möhkəmləndirməkdəki və bütün iraqlılara istisnasız qayğı göstərməkdəki mühüm rolunu yüksək qiymətləndirdilər.