Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi xanım Ümmül-Bəninin (ə.s) vəfatı münasibətilə keçirilən Quran məclisində iştirak edib

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərindəki ofisinin nümayəndəsi xanım Ümmül-Bəninin (ə.s) vəfatı münasibətilə keçirilən Quran məclisində iştirak edib



3/12/2025


Bəsrə şəhəri – Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Bəsrə şəhərinin Mədinə bölgəsindəki ofisinin nümayəndəsi xanım Ümmül-Bəninin (ə.s) vəfatı münasibətilə təşkil olunan Quran məclisində iştirak edib.

Tədbirdə çıxış edən seyid Muhəmməd Cabiri bildirib: “Bu Quran məclisi İzzəddin Səlim nahiyəsində Qurani-Kərimin seçkin qiraətçilərinin və imam Hüseynin (ə.s) xidmətçilərinin geniş iştirakı ilə keçirilmişdir. Məclisin məqsədi Əmirul-mömininin imam Əlinin (ə.s) pak zövcəsi, uca məqamlı xanım Ümmül-Bəninin (ə.s) vəfatının yad edilməsidir”.

O qeyd edib ki, çıxışında onun ölməz həyat yolunun bir sıra mühüm məqamlarına, uca şəxsiyyətinə, Əhli-beytə (ə.s) olan dərin sədaqət və böyük vəfasına toxunulub. Xanım Ümmül-Bənin (ə.s) səbrində, qeyrətində və Allah yolunda möhkəmliyində saleh qadının parlaq nümunəsini nümayiş etdirmiş, Nübüvvət Əhlinə və risalətin mənbəyinə xidmət etmişdir. O, Əhli-beytin (ə.s) haqqını tanıyan fəzilətli qadınlardan olmuş, onlara ixlasla bağlılıq göstərmiş, məhəbbətlərində səmimi olmuş və onların yanında uca məqama, yüksək hörmətə layiq görülmüşdür.

Sonda seyid Muhəmməd Cabiri pak xanım Ümmül-Bəninin (ə.s) vəfatı münasibətilə imam Sahibuz-Zamana (ə.f), mərcəi-təqlidlərə və bütün İslam ümmətinə başsağlığı verib.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla