Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi-Şəbi) nümayəndə heyətini və şəhid ailələrinin övladlarını qəbul etmişdir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Xalq Səfərbərlik Qüvvələrinin (Həşdi-Şəbi) nümayəndə heyətini və şəhid ailələrinin övladlarını qəbul etmişdir



30/1/2026


Ayətullah əl  Üzma Şeyx Bəşir Hüseyn Nəcəfi (kölgəsi davamlı olsun) Şəban ayının gəlişi və müdafiə cihadı fətvasının ildönümü münasibətilə Həşdi-Şəbinin mücahidləri və şəhid övladlarından ibarət nümayəndə heyətini qəbul edib.

Görüş zamanı o həzrət, Həşdi-Şəbinin müqəddəs məkanların, torpağın və namusun müdafiəsində oynadığı tarixi rolu yüksək qiymətləndirib. Bildirib ki, Həşd terror qarşısında möhkəm sədd olub və Əhli-beytin (ə.s) vətəni olan İraqı qoruyub. Həmçinin vurğulayıb ki, bu ölkə Əmirul-möminin imam Əli ibn Əbi Talib (ə.s) və imam Hüseynin (ə.s) torpağıdır.

Hörmətli mərcəi-təqlid (kölgəsi davamlı olsun) əlavə edib ki, mücahidlərin göstərdiyi fədakarlıqlar və qəhrəmanlıqlar ümmətin yaddaşında əbədi qalacaq, gələcək nəsillərin vicdanında həkk olunacaqdır. Çünki bu mövqelər haqq, din və vətən yolunda səmimiyyət, ixlas və fədakarlıq nümunəsi olub.

Həmçinin o, mücahidlərə analarına yaxşılıq etməyi və onların razılığını qazanmağa çalışmağı tövsiyə edib. Vurğulayıb ki, analar övladlarını Əmirul-mömininə (ə.s) məhəbbət ruhunda böyüdüblər və bu mömin tərbiyə mücahid üçün dünya və axirətdə ən böyük azuqədir.

 


Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla