Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi Şələmçə sərhəd-keçid məntəqəsində mövkib və heyətlərin xidmət vəziyyətini izləyir

Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Diyalə şəhərindəki nümayəndəsi Şələmçə sərhəd-keçid məntəqəsində mövkib və heyətlərin xidmət vəziyyətini izləyir



26/7/2026


Ayətullah əl Üzma Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) nümayəndəsi Şeyx Müsənna Rübeyi, Bəsrə şəhərində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsində  mövkib və heyətlərin zəvvarlara göstərdiyi xidmətlərin vəziyyətini izləmək və imam Hüseynin (ə.s) Ərbəin ziyarətini həyata keçirmək üçün İraqa gələn zəvvarlara göstərilən xidmətlərlə tanış olmaq məqsədilə əraziyə səfərlərini davam etdirmişdir.

Şeyx Müsənna Rübeyi bildirmişdir: “İmam Hüseynin (ə.s) zəvvarlarına xidmət etmək böyük şərəf və böyük məsuliyyətdir. Mövkiblərə mütəmadi baş çəkmək və onların xidmət göstərən şəxslərinin səyləri ilə tanış olmaq, onlara dəstək olmaq və zəvvarlara xidmət yolunda göstərdikləri fədakarlığı qiymətləndirmək məqsədi daşıyır. İraqa gələnlər imam Hüseynin (ə.s) qonaqları və zəvvarları olduqları üçün səylərin davam etdirilməsi və onlara ən yaxşı xidmətlərin göstərilməsi zəruridir".

O əlavə etmişdir ki, mövkiblər fədakarlıq, məhəbbət və həmrəyliyin parlaq nümunəsini təmsil edir. Zəvvarlara xidmət İmam Hüseynin (ə.s) qiyamının daşıdığı dəyərlərin həqiqi davamıdır. O, məvakib sahiblərini və xidmətçilərini öz mübarək səylərini davam etdirməyə və aralarında əməkdaşlığı daha da gücləndirməyə çağırmışdır. Bununla onların Allah-taalanın razılığını qazanmaq və Əhli-beytə (ə.s) itaət etmək məqsədilə göstərdikləri xidmətin həqiqi siması daha aydın şəkildə əks olunacaqdır.

O bildirmişdir ki, Şələmçə sərhəd-keçid məntəqəsində yerləşən mövkiblərə etdiyi ərazi səfərləri Ərbəin ziyarətini həyata keçirmək üçün İraqa gələn zəvvarlara göstərilən xidmətlərin vəziyyəti ilə yaxından tanış olmaq, məvakib sahiblərinin və imam Hüseynə (ə.s) xidmət edən şəxslərin ehtiyaclarını müəyyənləşdirmək və bununla da onlara təqdim olunan xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.



Telegram kanalına üzv ol


Göndər
Çap et
Yadda saxla