Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: İşçinin korona virusa görə qadağalar müddətində aylıq maaşını alması caizdir baxmayaraq ki, o bu müddətdə heç bir iş görməyib?
Cavab: Allahın adı ilə, Əgər idarə ilə işçinin arasındakı ittifaq sürücü ilə olan ittifaq kimidirsə, tələbəni məktəbə aparsın əgər məktəbə aparsa pula (maaşa) hüququ çatacaq bu halda əgər iş görmək əlverişli olsa və iş görsə gördüyü iş miqdarında ücrətə malik olacaq, Amma idarə ilə işçi arasındakı ittifaq işçinin işləyib işləməməsindən aslı olmayaraq idarə tərəfindən hər hansı bir qadağaya görə işləməsə işçi ücrətə malik olur, ümumi hökümət işləri kimi bu halda işçi kamil aylıq maaşına sahib olacaq. Allah daha yaxşı biləndir.
Sual: Müəllim qardaşlardan biri soruşur: Müəllimin xüsusi dərs keçməsinin hökmü nədir, əgər şagirdlərə xüsusi dərs keçmək istəsə, bunuda qeyd edimki təhsil nazirliyi bunu qanun və intizamla uyğun olmadığı üçün qadağan edir?
Cavab: Allahın adı ilə, Müəllimin şəxsi məktəblərdə xüsusi dərs və öyrətməyə, əgər qanun və dinlə müxalifətçilik etmirsə qadağan etmirik. Lakin müəllimin rəsmi iş vaxtında təqsir etməsini haram etmişik. Allah alimdir.
Sual: Müəllim zəng çalındığdan sonra tələbələrin istirahət dəqiqələrində dərsi uzatmasına haqqı çatırmı? Bu hal da tələbələrdən icazə almalıdırmı?
Cavab: Allahın adı ilə, Əgər tələbələrin xeyrinədirsə, tələbədən icazə almağa ehtiyac yoxdur. Daha yaxşı olar ki, məktəbin müdirindən icazə alsın ki, gələcəkdə onun işi üçün problem yaranmasın. Allah daha yaxşı biləndir.
Sual: Bəzi müəllimlər öz həmkarları ilə danışmaq və ya telefona cavab vermək üçün dərs vaxtı sinif otağını bir neçə dəqiqəliyinə tərk edirlər. Bunun şəri işğalı varmı?
Cavab: Allahın adı ilə, Əgər şəriətin lazım bildiyi (məsələn: bir şəxsi xilas etmək, məzlumu zalımın zülmündən qorumaq və s) hallar yoxdursa caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Mən müəlliməm. iki dərs arası məndə boş vaxt yaranır. Bu vaxt ərzində namaz və Quran oxumaqla məşğul ola bilərəm?
Cavab: Allahın adı ilə, Əgər məktəbdə öhdəliyində olan vacibatlarını yerinə yetirə bilirsənsə və namaz və Quran oxumaq səni o, vacibatları yerinə yetirməkdən ayırmırsa caizdir. Allah daha yaxşı biləndir.
Sual: Tələbəni vurmağın hökmü nədir? Bu mövzuda müəllimlərə nəsihətiniz nədir?
Cavab: Allahın adı ilə, Müəllim ata kimidir. İxlaslı müəllim dini tərbiyə məsələsində atadan şərafətlidir. Lakin müəllim bilsin ki, ona verilən tələbə əmanətdir. Onunla öz övladı ilə nə cür davranır o, cür davransın. Allah hidayət edən və biləndir.
Sual: Oğlan və qızın bir birinə qarışaraq dərs oxuması bu fəsad zamanında caizdir?
Cavab: Allahın adı ilə, İslam dərs və tədrisi dinin göstərişləri riayət olunmaqla qadınlar hicaba riayət etməklə olsa qadağan etmir. Allah daha yaxşı biləndir.
Sual: İş yerində namaz qılmaq vəzifəli şəxsin iş vaxtına riayət etməməsinə görə maaşı haqq etməməsinə səbəb ola bilər? Çünki bəzən namaz qılması iş müqaviləsinin şərtlərinin pozulmasına gətirib çıxardır. Namaz qılması işin gedişatına bir zərər gətirmirsə bu halda hökmü nədir?
Cavab: Allahın adı ilə, Namazı gecikdirmək qəzaya getməsinə səbəb olursa namazı qəzaya verməsi caiz deyil. İş icraçısından və müdiriyyətdən icazə almasına ehtiyac yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Müəllimə və məktəbin müdürünə və rəhbərliyin sözünə itaət etmək vacibdir?
Cavab: Allahın adı ilə, Dərs və tədrislə bağlı görtərişlərə itaət etmək vacibdir. Allah hidayət edəndir.
Sual: Evdən kamil hicabla çıxıb məktəbin həyətində əynində ki, əbanı çıxardan şəxs öz ailəsinin itaətindən çıxmış sayılarmı?
Cavab: Allahın adı ilə, Allahın itaətindən və dinin vacibatından, iffətdən və ailənin itaətindən çıxmış hesab olunur. Allah hidayət edən və alimdir.
Əvvəl
1
2
3
Sonra