Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Bəzi alimlərin araşdırmaları üçün birdən çox redaktorlar vardır. Araşdırmaların çoxluğunun məqsədin qarşı tərəfə çatdırılmasına təsiri nədir? Nə üçün usul alimi araşdırmasını özü yazmır ki, redaktorun orada təsiri olmasın?
Cavab: Allahın adı ilə, Çox vaxt araşdırmaçı dərsdə veriləni yazmağa vaxt tapmır və ona görə də görürsən ki, araşdırmaçıların marağı onlara yetişən hər şeydən çox düşüncəyə yönəlib. Redaktora gəlincə isə, o, bir-birindən fərqlənən və.s aydın və qısa ifadələrlə mətləbi dəqiqləşdirməklə birbaşa əlaqəsi olan şəxsdir. Və bu sahəyə daxil olan şəxs bilir ki, nə nəzərdə tutulur. Allah hidayət edəndir.
Sual: Təsamüh ədilləti əs-sünən qaidəsi hansı yerlərdə istifadə edilir?
Cavab: Allahın adı ilə, Mən bu qaidəni qəbul etmirəm. Onu kəskin surətdə qəbul etmirəm, bu qaidənin haqqında bəhs edərkən onun qəbul edilməməsinin əsl səbəbini izah etmişik. Allah hidayət edən və biləndir.
Sual: Əgər fiqhi kitablarda (yənbəği) yaxşı olar kəlməsi müstəhəb və (la yənbəği) yaxşı deyil kəlməsi məkruhluğu bildirir?
Cavab: Allahın adı ilə, Hər iki yerdə yalnız həmən işi tərk etməyə və ya yerinə yetirməyə rəğbət bəslədir. Allah hdayət edən və biləndir.
Sual: Şeyx Mufidə nisbəti verilən İxtisas kitabı sabit olub?
Cavab: Allahın adı ilə, Nisbətin düzgünlüyündə olan şəkk hələ varımdır. Mühəqqiqlərin axtarışının təyidi ilə məlum olan budur ki, Şeyx Mufidin bu adda kitabı var idi. Yalnız mövzu və şəkk bu əldə olan nüsxə həmən kitabın özüdür ya yox? Bu barədədir. Allah daha yaxşısını bilir.
Sual: Bu kəlamda rəyinizi bilmək istərdim (Alimlərdən biri deyir, Şeyx Tusinin Əbu Cəfərdən nəql etməsi bəzilərin iştibah etməsinə səbəb oldu, çünki onlar zənn etdilərki Əbu Cəfər Baqirdir amma o Əbu Cəfər əl-Təbəridir)?
Cavab: Allahın adı ilə, Bu ehtimala fikir vermək lazım deyil gərək qərinə, əlamət olsun və elə yerdə əlamətin olması şərtdir və oradada əlamət vardır. O da, əl-Təbəridir. Allah hidayət edən və biləndir.
Sual: İmam Mehdi (ə f)-dən imza gəlməsinə baxmayaraq Şeyx Tusi ilə Şeyx Səduq dördüncü səfirin vəfat tarixində nə üçün ixtilaf ediblər, İmam (ə.f) ona buyurdu: Həqiqətən sən altı gün ərzində dünyanı dəyişəcəksən işlərini cəm et və səndən sonra sənin yerində oturmaq heç bir şəxsə vəsiyyət etmə?
Cavab: Allahın adı ilə, Bu imza o zaman həll edici olarki, sənin günündə ki, sözdən məqsəd məlum ola, indi ona (onu bilməyə) yol yoxdur. Allah alimdir.
Sual: İstərdim Nəcəfdə dərs oxuyam və Kərbəlada İmam Hüseyn (ə) və Həzrət mövla Abbas (ə)-ın yaxınlığına köçəm. Bu mümkündür? Bu məsələdə mənə necə kömək edə bilərsiniz? Mənim və qardaşlarımın məqsədi ora köçməkdir və buna görə çalışıram, lakin indiyə qədər imkan edə bilməmişəm?
Cavab: Allahın adı ilə, Bil ey övladım İraqda dini dərslər ərəb dilindədir, Əgər indiyə qədər subaysansa və ömrünün iyirmi yaşını tamamlamayıbsansa Pakistan və ya Hindistanda bəzi mədrəsələrə daxil ol ərəb dilini dəqiq öyrən və valideynlərinin (anadili) dili kimi danışmağı və o dildə danışanı başa düşməyi öyrən sonra bizə xəbər et hətta sənə elm tələbəsi kimi kömək etməyə imkanımız çatsın və on il bu elmin prinsiplərini öyrənmək üçün evlənməkdən uzaq ol. Və sənə tez bir zamanda Pakistan və Hindistanlılar üçün hazırlanmış dərs cədvəlini göndərəcəyik. Allah hidayət edəndir.
Sual: Fiqh elminin yaradıcısı kimdir? Onun yaradıcısı Allahdır?
Cavab: Allahın adı ilə, Ey övladım fiqh elmindən məqsədin nədir, əgər usuliddin və furuiddinə əməl etmək üçün şəriət qaydalarını təsis etməkdirsə o Allahu təaladandır və bəzəndə Allahu təalanın peyğəmbər (s) və İmam (ə)-a bəxşiş etməsi ilə olur. Əgər hökmlərin bəyanını qəsd edirsənsə o, peyğəmbər (s), İmam (ə) və bütün o şəxslərki, hökmləri öyrənib münasib şərtlər olduqda bəyan edirlər, Əgər ictihadı qəsd edirsənsə -fiqhin istilahi mənası- o, bütün imkanı çatan şəxslərin vəzifəsidir ya vacibi kifayi və ya vacibi eynidir. Bu mənayada işarə edir, (kim dində təfəqqüh etməsə həmən şəxs ərabidir) yəni cahiliyyətə tabe olandır. Ərəb və ərabini qarışdırmayaq, Ərabidən məqsədim Allahu təalanın buyurduğudur. (Bədəvilər kafirlik və ikiüzlülük baxımından həm daha pis, həm də Allahın Peyğəmbərinə nazil etdiyi hökmləri tanımamağa daha çox meyillidirlər. Allah hər şeyi biləndir, hikmət sahibidir.) Hidayət edən Allahdır.
Sual: Rəhmətə getmiş alimin adını çəkdikdən sonra (qüddisə sirruh) kəlməsi deyilir bu cümlənin mənası nədir?
Cavab: Allahın adı ilə, sirr kəlməsi ruhun adlarından biridir, (qüddisə) kəlməsi isə pak və əzəmətli mənaların ifadə edir. Qüddisə sirruh cümləsinin mənası: Həqiqətən Allahu təala onun ruhunu pak, mübarək və izzətli etsin. Allah daha yaxşısını bilir.
Sual: Əqidədə xəbəri vahid hüccətdir?
Cavab: Allahın adı ilə, Bil ey övladım əqaid iki qismidir. Birincisi usuliddindən hesablanacaq yəni islam və şiəliyə şamil olacaq. Bu halda gərək hədis mütavatir (elm yetirən) və ya xəbəri vahid qərinə vasitəsilə elm yetirsin. Amma ikinci qism isə əqidə ilə əlaqəlidir lakin onda ixtilaf və ya inkar etmək insanı şiəlikdən çıxartmaz bu halda siqə şəxsin hədisi və ya hədisin İmam və ya peyğəmbər (s)-dən nəql olduğuna arxayınlıq gəlirsə kifayətdir. Hidayət edən Allahdır.
Əvvəl
1
2
3
Sonra