Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Möhürü müəyyən bir tərəfə hərəkət etdirməyim məsələn ikinci səcdədən qalxdıqdan sonra, ona baxmaqla hansı rükətdə olduğumu bildirməsi üçün caizdir? Bu, rükətlərdə unutqanlığın qarşısını almaq üçündür.
Cavab: Allahın adı ilə, Bunun heç bir maneəsi yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Namazda səcdə haçan başlayır? Dəqiq formada alın möhürə toxunduqda yoxsa alın möhürə dəyərək başın sabit olması ilə olur?
Cavab: Allahın adı ilə, Alının möhürə dəyməsi ilə başlayır çünki səcdə alnın səcdəsi düzgün olan şeylərə dəyməsidir. Allah daha yaxşı biləndir.
Sual: Əgər Kərbəla möhürü bərabər olmaya eləki onun üzərində balaca daşlar və ona bənzər şeylər ola və səcdə edilən zaman həmən daşlardan alına yapışaraq qala, namaz səhihdir?
Cavab: Allahın adı ilə, Gərək yer təbii insanın baş barmağı miqdarında düz ola. Allah alimdir.
Sual: Məsciddə namaz qılmaq üçün möhürün üzərinə səcdə edərkən onun ölçüsünü ölçmək vacibdir? Əgər möhürün ölçüsündə şəkk olsa hökm nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Namazın səhihliyində səcdədə möhür mütəarəf insanın baş barmağı ölçüsündə olması kifayət edir və bunu ehraz etmək lazımdır. Allah daha yaxşı biləndir.
Sual: Alnımız yaş halında vacibi namazın səcdələrini yerinə yetirsək, namaz düzgün sayılacaq?
Cavab: Allahın adı ilə, Əgər səcdə yeri palçığa çevrilməsə düzgün sayılacaq. Allah alimdir.
Sual: Əgər bir şəxsin alnı, baş barmağı miqdarındada səcdə etməyə imkanı çatmayacaq qədər deşik olsa, onun hökmü nədir?
Cavab: Allahın adı ilə, Alnın iki tərəfinin biri üzərinə səcdə edəcək, əgər imkanı çatmasa burunu ilə səcdə edəcək, əgər bunada imkanı çatmasa səcdə miqdarında əyilməklə kifayətlənəcək. Ehtiyat vacibə görə səcdə miqdarında əyilməklə çənə ilə səcdə etməyin arasını cəm edəcək, hətta namazı təkrar qılmaqla olsa belə, əgər alnın ətrafına səcdə edə bilmirsə çənəyə səcdə etməklə kifayətlənəcək. Allah daha yaxşı biləndir.
Sual: Səcdədə qiraət zamanı alnın hansı hissəsinin möhürə dəyməsinin vacib olan hissəsində şəkkin hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər insan alnın bir hissəsinin səcdə yerinə dəyməsini təkid etməsə, ona səssiz qalaraq və alnını sürüşdürərək səcdə üçün münasib olan yerə alnını səcdə yerinə qoyduqdan sonra səcdənin zikirlərini yerinə yetirməsi vacibdir və alının əlin baş barmağının ucu miqdarında səcdə edilməsi səhih olan yerlə qarşılaşdırması vacibdir. Allah alimdir.
Sual: Səcdədə ayağın hansı hissəsi və neçə hissəsi yerə dəyməsi vacibdir?
Cavab: Allahın adı ilə, Baş barmağın ucu, əgər o ən uzundursa. Və əgər baş barmağ çox kiçikdirsə və ikinci barmaq ən uzundursa onu yerə qoymaq vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Səcdədə alının hamısı (100%) möhürə dəyməsi zəruridir yoxsa alının hər hansı bir cüzi möhürə dəysə kifayətdir?
Cavab: Allahın adı ilə, Alının önü səcdə edilməsi caiz olan şeylərə dəyməsi vacibdir. Alının hamısının dəyməsi vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Sizin fətvanız İmamların (ə)-ın günbəzinin və ya Kəbə müşərrəfənin şəklini xalçaların üzərinə çəkməkdə nədən ibarətdir? Və onların üzərində oturmağın hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər bu xalçalar istifadə olunan ürfdə onların kəramətinə hörmətsizlik (təhqir) olmursa işkalı yoxdur. Amma əgər hörmətsizlik (təhqir) sayılırsa (hörmətsizliyin olub olmaması cəmiyyətin dəyişməsi ilə dəyişir) caiz deyil. Allah alimdir.
Əvvəl
1
2
Sonra