Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Həkim xəstə üçün endoskopdan istifadə etməli ola bilər və onun tibbi tərifi aşağıdakı kimidir: Həkim xəstənin bəzi yerlərini hisssizləşdirir hətta bunu xəstə ağız və boğazda hiss edir sonra həkim cismə kameralaşdırılmış bir boru salır və ağız və ya burun vasitəsilə işıqlandırır və xəstənin dilini dişləməməsi üçün həkim ağızda pazdan istifadə etməli ola bilər və teleskop bədənin müəyyən bir hissəsinin şəklini çəkəcək və görüntünü həkimin qarşısında televizor ekranına göndərəcək, onu oruc tutan şəxs üçün istifadə etməyin hökmü nədir? Onun orucuna zərər verəcək?
Cavab: Allahın adı ilə, Əgər ağız yolu ilədirsə orucu batil edəcək və əgər onu burun vasitəsilə daxil edirsə və boğazdan keçirsə həmçinin oruca zərər verəcək əks halda zərər verməyəcək. Allah daha yaxşı biləndir.
Sual: Qeyd olunacaqları oruc olan xanımın yerinə yetirməsinin hökmü nədir orucu batil edici sayılacaq: 1-Yeməyin buxarı, Xanım yemək qazanını açarkən o isti olanda buxar çıxır orucu batil edir? 2- Evi təmizləyərək toz-torpaq qalxır ondan çəkinmək vacibdir?
Cavab: Cavab 1/ Allahın adı ilə, Orucu batil etməyə səbəb olmur. Allah daha yaxşı biləndir. Cavab 2/ Allahın adı ilə, Əgər qalın tozu bilərəkdən udsa artıq orucu batil olub və ona qəza və kəffarə vacibdir. Əgər bilərəkdən etməsə orucu səhihdir. Allah alimdir.
Sual: Bəxxax oruc tutan şəxs üçün orucu batil edici hesab ediləcək?
Cavab: Allahın adı ilə, Bu barədə mütəxəssislərə müraciət etdikdən sonra məlum olan budur ki, astma xəstəliyi olan şəxsin istifadə etdiyi bəxxax iki növdür:- Birincisi tibbi tozdan ibarətdir ona hava təzyiqi dəydikdən sonra qaza çevrilir, Əgər oruc tutan şəxs onun dadını ağzında hiss etməsə zahir budur ki, orucu batil etməz əks halda batil edər. İkincisi tibbi mayedən ibarətdir ona hava təzyiqi dəyəndə dumana çevrilir bu yəqinən orucu batil edir. Allah alimdir.
Sual: Oruc tutan şəxsə dişlərini təmizləmənin hökmü nədir?
Cavab: Allahın adı ilə, Onun eybi yoxdur, lakin bu şərtlə ki, ağız suyundan başqa bir rütubət daxilə (boğazdan aşağı) getməsin. Allah alimdir.
Sual: Unutduğuna görə yaxınlıq edə və yaxınlıq əsnasında xatırlasa hökmü nədir?
Cavab: Allahın adı ilə, Ona təcili özünü geri çəkmək lazımdır oruc halında bu mənfur əməldən uzaq olmalıdır. Allah hidayət edən və biləndir.
Sual: Orucu batil olan şəxsə imsak saxlamaq vacibdir?
Cavab: Allahın adı ilə, Bəli vacibdir. Allah hidayət edən və biləndir.
Sual: Quranı düzgün oxuya bilməyən şəxsin səhv oxuması Allah və Peyğəmbərinə (s) yalan danışmaq hesab olunur?
Cavab: Allahın adı ilə, Əgər səhv oxumasını bilirsə bəli hesab olunur əgər oruc halında Quran oxusa, Əgər bunu gecə etsə yalnız haram iş görmüş olur lakin orucu batil olmaz. Allah daha yaxşı biləndir.
Sual: Allaha bilərəkdən böhtan atan şəxsin orucu səhihdir?
Cavab: Allahın adı ilə, Artıq orucunu batil edib. Ona günün qalan hissəsini orucu batil edən şeylərdən imsak etmək, qəza və kəffarə vacibdir. Allah hidayət edən və biləndir.
Sual: Oruc zamanı diş fırçasından istifadə etmək caizdir? Colgate və ya Sonsudain istifadə etmək (diş məcunlarının növlərindəndir) mümkündür, ağzımı yuduqdan sonra dilimdə bəzi dadları qalır və bununla belə ki bu dad, dadlı deyil və boğazımdan keçən heç bir şey yoxdur. Oruc əsnasında heç bir zaman udmamağıma arxayın olduğum zaman dişlərimi fırçalamağım icazəlidir?
Cavab: Allahın adı ilə, Əgər tüpürcək diş məcununun dadı ilə boğaza getmirsə orucda işkal yoxdur. Allah daha yaxşı biləndir.
Sual: Korona virus (Covid-19)-a qarşı peyvənd vurdurmaq orucu batil edir? Bunuda qeyd edimki, o çiyinə vurulan bir iynədir.
Cavab: Allahın adı ilə, Əgər müalicə qəsdi ilə olsa caizdir. Hətta əgər ağıllı mütəxəssis həkimlər nəsihət edərsə oruc əsnasında olsa belə iynə ilə vurulan peyvənddirsə vacibdir. Allah hər şeyi biləndir.
Əvvəl
1
2
Sonra