Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Qohumlarımdan biri mənə hədiyyə verdi. Onu xüms günüm çatmamış satıb nəfəqəm üçün xərclədim. Bu halda xüms vacib olurmu?
Cavab:Allahın adı ilə. Sualda fərz olunan halda xüms vacib deyil. Allah daha yaxşı biləndir.
Sual: Mükəlləf ehtiyacı olan kitabları alır bəzən il əsnasında ondan istifadə etmir onda xüms vacib olur?
Cavab: Allahın adı ilə, Bəli, onda xüms vacib olur. Allah daha yaxşı biləndir.
Sual: Nəcəf Əşrəfdə qəbristanlığda ailəmizin ölülərini dəfn etmək üçün yer aldıq, xüms ilimiz gəlib çatdı Allaha həmd olsun ki bizdən heç bir şəxs rəhmətə getmədi. Sual: 1- O yerin xümsü vacibdir? 2- Fərz edək ki onun xümsü var hansı qiymətlə onun xümsünü veriləcək alındığı qiymətlə yoxsa xümsü verilən vaxtının qiyməti ilə?
Cavab: Allahın adı ilə, Yeri aldığı qiyməti ilə xümsünü verəcək. Allah daha yaxşı biləndir.
Sual: Qardaşımın toyu üçün gəlinə keçən il hədiyyələr almışıq, lakin Korona böhranı buna mane oldu. Bu hədiyyələrə xüms vacibdir?
Cavab: Allahın adı ilə, Bəli həmən əşyalara xüms vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Yaşamaq üçün ev tikən şəxsə xüms vacib olurmu?
Cavab: Allahın adı ilə. Əgər sərf olunan malın xümsü verilməyibsə və illik xüms gününə qədər orada yaşamayıbsa, bu halda xümsün verilməsi zəruridir. Lakin, əgər illik xüms günündən əvvəl orada yaşarsa, xüms öhdəliyi onun üzərindən götürülər. Allah daha yaxşı biləndir
Sual: Plastik şüşə qabları satmaq məqsədilə toplayan şəxs, onları bir ildən artıq saxladıqda xüms ödənilməlidirmi?
Cavab: Allahın adı ilə. Bəli, onların xümsü ödənilməlidir. Allah daha yaxşı biləndir.
Sual: Əgər ev ehtiyac məqsədilə alınıbsa və orada yaşanmayıbsa, bu halda evin xümsü necə hesablanmalıdır?
Cavab: Allahın adı ilə. Verilən sualdakı kimi olarsa bu halda, alınan qiymətlə hesablanıb xümsü veriləcəkdir. Allah daha yaxşı biləndir.
Sual: Paltar və elektron cihazlar kimi insan ehtiyaclarına aid olan əşyalar bir ildən çox istifadə edilmədikdə onlara xüms vacib olurmu?
Cavab: Allahın adı ilə, Əgər xümsü verilmiş pul ilə alınıbsa, hətta illər boyu istifadə olunmasa belə ona xüms gəlməz. Əgər xümsü verilməmiş pul ilə alınmış olsa, və istifadə olunarsa və tərk olunarsa bu halda da ona xüms gəlməz. Əgər xümsü verilməmiş puldan alınarsa və istifadə olunmazsa bu halda ona xüms gələcəkdir. Əgər mükəlləfin illik xüms günü təyin olunmamışdırsa hətta istifadə etsə belə o, əşyadan bu halda da xümsünü, aldığı qiymətlə hesablayıb verəcəkdir. Allah daha yaxşı biləndir.
Sual: Pul şəklində verilmiş hədiyyəyə 1 il üstündən keçsə belə və ehtiyacdan çox olarsa xüms çıxartmaq vacibdir?
Cavab: Allahın adı ilə, Əgər illik xüms günü təyin olunubsa və həmin günə qədər hədiyyə qalıbsa xümsü verilməlidir. Əgər illik xüms günü təyin olunmayıbsa mütləq şəkildə xümsü verilməlidir. Allah daha yaxşı biləndir.
Sual: Dükan sahibi olan şəxs dükanında olan malları xümsü verilmiş puldan almışdır. İllik xüms günündə həmin malların xümsünü çıxarmalıdırmı?
Cavab: Allahın adı ilə, Qazancın xümsünü çıxaracaqdır. Hətta qazanc bazar qiymətindən yüksək olsa belə. Allah daha yaxşı biləndir
Əvvəl
1
2
Sonra