Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Səhmul-imamı (xümsün imama (ə.s) aid hissəsini) ödəmək niyyəti ilə onu, məsumlardan (ə.s) hər hansı birinin hərəminə qoymağım icazəlidirmi?
Cavab: Allahın adı ilə. Səhmul-imamı camiuş-şərait müctəhidə, şəri hakimə ödəmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Mənə məxsus olan xümsu cəm edirəm oda mənim hər ayda şəxsi (20%) yığdıqlarımdır. Hər ayın pulun miqdarı fərq edir çünki mən hər ayda müxtəlif şəkildə pul alıram. Mənim sualım budurki mənə onu ehtiyaclı fəqirlərə göndərmək vacibdir yoxsa sizə bir-başa göndərib siz xümsu ədalətli formada paylayasınız? Əgər sizə göndərsəm mənə vəsl almaq mümkün olar? Necəki mən Şirazi ailəsindən olan seyidəm. Bu həmçinin düzgündürki, mən yığdıqlarımdan (20%) hesablarımı və evim üçün və başqa şeylər üçün lazım olan qədər pul ayırıram, (20%)-dən məndə qalan puldan çıxartmalıyam?
Cavab: Allahın adı ilə, Səndə artıq qalan hər bir şeydən xüms çıxartmaq vacibdir, bu (20%) məbləğin yarısı on iki imamlı şiə fəqir seyidlərindir bu şərtləki, haram iş üçün xərcləməsin, və qalan yarısı isə İmam (ə f)-dir sənə onu bizə göndərmək vacibdir və bizə ünvanını göndər sənə xümsu çatdırmağın yolunu deyək və sənə inşaallah Mərcəi təqlidin peçatı ilə peçatlanmış vəsl yetişəcək. Tofiq verən Allahdır.
Sual: Seyid malını övladları seyid olan və özü seyid olmayan Anaya övladlarına xərcləmək üçün vermək icazəlidir?
Cavab: Allahın adı ilə, Əgər övladlarına xərcləməkdə iltizamlı olacaqsa icazəlidir. Allah daha yaxşı bilir.
Sual: Seyid malını fəqir seyidlərə bir başa vermək icazəlidir?
Cavab: Allahın adı ilə, Möhtərəm Şeyx, seyid malını seyidə vermək üçün icazə vermişdir. Seyid 12 imam şiəsi və ehtiyaclı olmalıdır. Seyid malını günaha sərf etməməlidir. Allah daha yaxşı biləndir.
Sual: Xümsü ailə üzvlərinə (ana və bacı kimi) yardım məqsədi ilə vermək icazəlidir?
Cavab: Allahın adı ilə, Anaya xüms vermək icazəli deyil. Çünki nəfəqəsi vacibdir. Amma bacıya İmam malından icazə alındıqdan sonra vermək olar. Seyid malını isə şərtlər mövcuddursa bir başa icazəsiz vermək olar. Allah daha yaxşı biləndir.
Sual: Xüms də olan İmam (ə)-ın hissəsindən və başqa paylardan İmam Hüseyn (ə)-ın matəmi üçün sərf etmək caizdir? Yaxud bu mal yalnız yetimlər üçündür. Bu deyilən malı zikr olunan işə sərf etmək olar yoxsa müəyyən işlər üçün sərf olunmalıdır?
Cavab: Allahın adı ilə, Zikr etdiyiniz iş imam malından sərf etməkdən aslıdırsa bu zaman bizdən icazə almağınız şərtdir. İcazə verilməsi üçün xümsün miqdarı barədə biz xəbər etməyiniz gərəkir. Əgər zikr etdiyiniz iş imam və seyid malının sərf olunmasından aslı deyilsə, bu halda öz şəxsi malınızdan sərf etməyiniz lazımdır. Bilin ki, İmam malından sərf etməklə əldə olunan savab və əcr sizin deyil İmam (ə)-ın olacaq. Ey şiələr siz öz malınızdan deyil, İmamın malından sərf edərək əzadarlıq məclisi qurdunuz. Allah daha yaxşı biləndir.
Sual: İstisna məqamlarda xümsü vacibi nəfəqə üçün sərf etmək icazəlidirmi?
Cavab: Allahın adı ilə, Nə qədər ki, oğlun sənin yanındadır onun nəfəqəsini vermək sənə vacibdir. Əgər Qiyamət günü şəfaətlərini istəyirsənsə əlini Allahın və peyğəmbər ailəsinin haqqı olan mala uzatma. Allah hidayət edəndir.
Sual: Əgər ata öz şəxsi malı yoxdursa ailə üçün xərcləsin. Onlara Xümsdən xərcləməsi icazəlidirmi?
Cavab: Allahın adı ilə, Nə qədər ki, oğlun sənin yanındadır onun nəfəqəsini vermək sənə vacibdir. Əgər Qiyamət günü şəfaətlərini istəyirsənsə əlini Allahın və peyğəmbər ailəsinin haqqı olan mala uzatma. Allah hidayət edəndir.
Sual: Əqil İbn Əbu Talibin ovladları seyid hesab olunur? Yoxsa seyidlər Fatimeyi Zəhra (ə)-ın nəslindən dünyaya gələnlər, əri və oğlanları hesab olunur?
Cavab: Allahın adı ilə, Seyidlik məna ilə nəsil cəhətdən Peyğəmbər (s)-ə İmam Əli (ə) və Fatimeyi Zəhra (ə)-ın övladları vasitəsi ilə çatmaqdır. Haşimilər isə onların əhkamı və haqqları xüsusidir. Haşimilik isə zikr etdiklərinin hamısını əhatə edir. Allah daha yaxşı biləndir.
Sual: İmam malından fəqir müxaliflərə vermək icazəlidir?
Cavab: Allahın adı ilə, Caiz deyil
Əvvəl
1
2
Sonra