Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Qurbandan öncə saç və dırnaqlarımızı azaltmamaq vacibdir?
Cavab: Allahın adı ilə, Saçı həlq və ya təqsir və yaxud tərtib etməyi qurban kəsdikdən sonraya saxlamaq minaya məxsusdur, Amma müsəlmanların başqa ölkələrində isə saçlarını qırxmaq istəsələr, qurban kəsdikdən öncə və ya sonra hər ikisidə caizdir. Allah daha yaxşı biləndir.
Sual: Özümüz bəsdədiyimiz heyvanlardan qurban kəsmək caizdir?
Cavab: Allahın adı ilə, Caizdir. Amma daha yaxşı olarki, öz əllərinlə kəsməyəsən. Allah daha yaxşı biləndir.
Sual: Atanın öz ailəsi tərəfindən bir qurban kəsməsi caizdir?
Cavab: Allahın adı ilə, Qurban kəsməyə imkanı olan şəxslərə Qurban kəsmək təkid olunmuş müstəhəblərdəndir. Bir qurban kəsmək bir neçə nəfər tərəfindən kifayət edir. Allah alimdir.
Sual: Qurbanın qiymətini, qurbanın əvəzində müstəhəqqinə vermək kifayət edir?
Cavab: Allahın adı ilə, O, kifayət etməz.
Sual: Bəzi cəmiyyətlər qurban kəsilməsi üçün pul yığırlar. Bu qurbanların paylanması üçün vəkil də olunurlar. Qurbanların satılıb pullarının fəqirlərə paylanması icazəlidir?
Cavab: Allahın adı ilə, Caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Qurbanı, bayram namazından öncə və ya sonra kəsilməlidir?
Cavab: Allahın adı ilə, Qurban kəsmək günəş çıxandan sonra səhihdir. Daha yaxşı olar ki, zəvaldan öncə kəsilsin. Bayram namazından sonra kəsilməsi müstəhəbdir. Allah daha yaxşı biləndir.
Sual: Dünyasını dəyişmiş şəxsin tərəfindən qurban kəsilərkən 7 ədəd heyvan və hər il qurban kəsilməsi şərtdir?
Cavab: Allahın adı ilə, Müstəhəb qurban barəsində istər diri şəxs tərəfindən olsun, istər dünyasını dəyişmiş şəxs tərəfindən olsun zikr etdiyiniz şərt qeyd olunmayıb. Allah daha yaxşı biləndir.
Sual: Müstəhəb qurbanın pulunu ətin pulu, iç-çalatın pulu ayrı hesablanmaqla qəssaba verməyim icazəlidir? Yoxsa, alıcı və satıcı tərəfi bütöv heyvanın pulunu razılaşmalıdır?
Cavab: Allahın adı ilə, Bütöv heyvanın alqı satqı olunması lazımdır. Allah daha yaxşı biləndir.
Sual: Kəsilən qurbanın ətini xristiana verə bilərəmmi? Bunu da deyim ki mən Kanada da yaşayıram.
Cavab: Allahın adı ilə, Bu icazəli deyil. Allah daha yaxşı biləndir.
Sual: Bu cür bilirik ki, müstəhəb qurban əqiqənidə əvəz edir. Əgər bir qurbanın kəsilməsində 1 neçə nəfər şərik olsalar bu halda əqiqə şəxsin boynundan götürülərmi?
Cavab: Allahın adı ilə, Müstəhəb qurban əqiqəni əvəz etmir. Kiçik buynuzlu heyvanlar 1 nəfər ailə başçısı və ailə üzvləri üçündür. 1 inək isə 7 ailə başçısı və ailə üzvləri üçün, dişi camış 7 ailə, erkək camış isə 1 ailə üçündür. Bu dediklərimiz maddiyyat və heyvan baxımından müstəhəb qurban üçündür. Əgər maddi və heyvan cəhətdən bu mümkün olmasa 1 inək 70 nəfər və ondan yuxarı da keçərlidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra