Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Allah-taala buyurur: “Nə qədər bilikli sehrbaz varsa, hamısını tutub gətirsinlər!”. (Əraf 7/112) Allah-taala buyurur: “Bütün bilikli (bacarıqlı) sehrbazları (toplayıb) sənin yanına gətirsinlər!”. (Şuəra 26/37) “Sahir” (سَاحِر) kəlməsi ilə “səhhar” (سَحَّار) kəlməsi arasında fərq varmı?
Cavab:Allahın adı ilə. “Sahir” ismi faildir (işi görəndir) amma “səhhar” isə mübaliğə siğəsidir. Allah hidayət edəndir.
Sual:Qeybi öyrənmək qəsdi olmadan, Qurani-Kərimin açılması və ya təfsir edilməsi ilə bağlı hörmətli mərcəi təqlidin rəyi nədir?
Cavab:Allahın adı ilə. Qurandan belə məqsədlər üçün istifadə etməmək Allahın izzətli kitabına ehtiram etməkdən aslıdır. Hədd və hüdudu keçmək olmaz. Allah hidayət edəndir.
Sual:Köhnə, cırılmış Qurani-Kərimin düzgün şəri üsulunu soruşuruq, bizə nə göstəriş verirsiniz?
Cavab:Allahın adı ilə. Onu ağır bir daşla parçadan olan bir torbaya qoyun və axan çaya atın. Allah hidayət edəndir.
Sual: Allah buyurub: "Günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını, həm zövcəsini və qardaşını, həm də (dünyada) ona sığınacaq verən yaxınlarını və qövmünü (qəbiləsini), və yer üzündə olanların hamısını - təki bu iş ona (o günün əzabından) nicat versin". Amma Əbəsə surəsində isə belə qeyd olunub: "O gün insan öz qardaşından, anasından və atasından, həyat yoldaşından və oğullarından qaçar". Birinci mətndə (ayədə) niyə valideynlər (ata və ana) qeyd olunmayıb?
Cavab: Allahın adı ilə, Əgər birinci ayəyə diqqət etsəydin, biləcəkdin ki, Allah-təala həmin ayənin mətnində adı çəkilməyən hər kəsə, yəni Onun kəlamı olan hər kəsə və yer üzündə olanlara işarə etmişdir. Diqqət et oğlum! Allah hamımızı doğru yola hidayət etsin! Allah hər şeyi daha yaxşı biləndir.
Sual: İstər ərəb dilində, istərsə də başqa dildə olsun, üzərində Allah kəlməsi olan yazıları, qazetləri və kütləvi informasiya vasitələrini yandırmaq icazəlidirmi?
Cavab: Allahın adı ilə, Əgər müqəddəs kəlmələrə təhqir deyilsə, eybi yoxdur. Allah hidayət edən və alimdir.
Sual: Ümmət bir neçə firqələrə bölündüyü halda Qurani-Kərim necə "Həqiqətən sizin bu ümmətiniz vahid bir ümmətdir" deyə buyurmuşdur?
Cavab: Allahın adı ilə, Göründüyü kimi, o, Allah yanında olan bir elmdir ki, ondan Allah Rəsulunun (s.ə.v.s) qurmaq istədiyi ümmət nəzərdə tutulur. O ümmət din təlimlərinə sadiqdir və islam Peyğəmbərinin (s.ə.v.s) gətirdiyi ilə əvvəlki peyğəmbərlərin (ə.s) gətirdiyi arasında bağlılığı özündə birləşdirir. Allah hidayət edən və alimdir.
Sual: 1- İdğam mütəcaniseyndə, Allah Təalanın bu ayəsində ki, (Və la ənə əbidun mə əbədtum) dəl və tə hərfi kimi, bu yerlərdə dəl hərfini idğam edib və tə hərfini təşdid etmək səhihdir yoxsa idğam etmədən hər iki hərfi tələffüz etmək lazımdır? Ehtiyat hansıdır? 2- Bəzi idğam və ixfalara mültəzim olmağın hökmü nədir necəki təcvid əhlinin yanında məruf budur, xüsusilə də bəzən bəzi hərfləri ixfa və bəzilərində təşdid etmə və bunun kimi şeyləri lazım bilir?
Cavab: 1/ Allahın adı ilə, Fərz olunan sualda idğam etməmək vacibdir. Allah alimdir. Cavab: 2/ Allahın adı ilə, Orada qaydalar vardır onlara tabe olmaq lazımdır, qaydalardan məqsədim sağlam ərəb ləhcəsi ilə hazırlanmış qaydalardır. Allah hidayət edəndir.
Sual: Sünnət Allahu Təalanın bu ayəsinə ziddirmi (Biz insanı ən gözəl surətdə yaratdıq!)?
Cavab: Allahın adı ilə, Ziddiyyət təşkil etmir, ən gözəl surətdə yaranıbsa-sənin düşüncənə əsasən- yeməyə içməyə ehtiyac yoxdur? -ən gözəl surətdə yaratdıq- Bu ifadəni deyən isə etiraz etmədi, O, bizi sünnət etdirməyə əmr etdi. Allah hidayət edən və biləndir.
Sual: Bəziləri bu sözləri ilə işkal edirlər, nə üçün Allahu təala Lut qövmundan sonra bu pis işi edən qövmləri cəzalandırmadı? Nə üçün xüsusi ilə Rass və Lut qövmunu cəzalandırdı?
Cavab: Allahın adı ilə, Bil ey övladım Allahu təala buyurur Həqiqətən o (Allah gördüyü işlər üçün məsuliyyət daşımaz; onlar isə daşıyacaqlar). Polisin hüququ çatar yüksək rütbəli zabitdən hökmlərin mənşəin soruşsun? Əksinə onun hökmlərinə boyun əyməlidir, eləcədə qullara Allahu təaladan sadir olmuş əmrlərə itaət etmək vacibdir, Uzaq deyil Lut qövmü bir neçə pis işlərə vərdiş etmişdilər. Həmən işlər səbəb oldu onlara bəla nazil olsun, xüsusi ilə müəyyən olunmuş (homoseksuallar) pis işə görə deyil çünki ola bilər bütün cəmiyyətlərdə olsun amma az və ya çoxluqda fərq var. Allah hidayət edən və biləndir.
Sual: Məsx olunmuş heyvanların məsələn Meymun, Ayı, Fil, Əqrəb, Dovşan və başqalarının həqiqəti nədir, və qalan başqa məsx olanlar hansılardır?
Cavab: Allahın adı ilə, Bəli bu heyvanlar məsx olanlardan hesablanır yalnız gərək bilinsin ki, bu gün məsx olan heyvanlar, həqiqətdə məsx olan heyvanlar deyil yalnız məsx olan heyvanlar şəklindədir məsx olanlar balalamırdılar və tez bir vaxtda ölürdülər, Əli bin Cəfərin Məsail kitabının 335-ci səhifəsində qeyd olunub (İmam Əbu Əbdillah (Sadiq) O-da Atasından O-da Babasından (ə) nəql edir, buyurdu: insan övladından məsx olanlar on üç sinifdir onlardan Meymun, Donuz, Yarasa, Kərtənkələ, Ayı, Fil, Triops, Naqqa, Əqrəb, Suheyl (suda yaşayan canlı), Kirpi, Zöhrə (suda yaşayan canlı) və Hörümçək). Allah hidayət edəndir.
Əvvəl
1
2
Sonra