Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əbu Əbdillahdan (ə.s) nəql edən Əbu Bəsirdən rəvayət olunur ki, o demişdir: Əmirul-möminin (ə.s) buyurmuşdur: (Kim namazda qəddini düzəltməzsə, onun namazı batildir). Mənbə: Hürr Amilinin “Vəsailuş-Şiə” kitabı (4-cü cild, səh:939) Doğrudanmı, kim qəddini düzəltməsə namazı batildir?
Cavab:Allahın adı ilə. Əgər bunu qəsdən etsə, namazı batildir. Allah daha yaxşı biləndir.
Sual: Ramazan ayı deməyən sadəcə Ramazan deyən şəxsin hökmü nədir, fəqət Ramazan demək caizdir?
Cavab: Allahın adı ilə, Bunun haqda nəhy gəlib, hətta Allahu təalanın kitabında bu ada ay kəlməsi izafi olunub, Allahu təala buyurub (Ramazan ayı insanlara doğru yolu göstərən və içində haqqı batildən ayırmanın açıq dəlilləri olan Quranın nazil edildiyi aydır). Allah hidayət edən və biləndir.
Sual: Hörmətli Şeyxin (kölgəsi davamlı olsun) Təntaniyyə (Əli ə)-ın xütbəsi barədə rəyi nədir?
Cavab: Allahın adı ilə, Onun sənədi sabit olmayıb. Allah daha yaxşı biləndir.
Sual: Bəziləri bu sözlə bizə şübhə atır, Şiə irsinə İsrailiyyat hədisləri necə daxil olub, baxmayaraq ki Əhli beyt (ə) imamlarının təqva, vərə, yadda saxlamaq və düzgün nəql etməkdə yuxarı səviyyəli tələbələri var idi və eləcədə yüksək səviyyəli siqə alimlərimiz var? Bu birincisi, Və ikincisi isə: Bu mövzuda hansı kitablara müraciət edə bilərəm?
Cavab: Allahın adı ilə, Amma şiənin kutubu ərbəə kitabları və bunun kimi mötəbər kitabları sənin işarə etdiyin hiyləgərlikdən (uydurma hədislər) boşdur, Əgər fərz edək ki sənin dediyin şeylər olan kitab vardır bu zaman gərək deyək ki, bu kitablar yalnız əllə yazılan vaxt olub, ola bilsin xainlərdən biri kitabın bir nüsxəsini ələ keçirdib sən deyən şeyi edib, bunu şiə kitablarında təsəvvür etmək mümkün deyil çünki şiə məzhəbinin aslı olduğu kitabların hər biri tövsiq olan şəxsdən tövsiq olan şəxsə (icazə rivayət) rəvayət etmək üçün icazə ilə keçib, və icazəni ələ gətirmək kitabı götürdüyü şəxsə kitabı götürən şəxs kəlmə-kəlmə ilə oxuduqdan sonra və ya ondan kəlmə-kəlmə eşitdikdən sonra birinci ikinciyə kitabı həmən təriq, yolla nəql etməyə icazə verir, və buna görədə bilirsən hədis irsimiz bütün dəsaisdən boşdur. Allah hidayət edəndir.
Sual: Nəlq olunmuş bu hədis barəsində soruşdular: Əli (ə)-ı sevmək savabdır onun sevgisi ilə pis iş zərər verə bilməz, Ona düşmənçilik etmək pis işdir onunla savab iş fayda verməz, cavab verdimki, bu hədis hər iki dəstənin (şiə və sünni) kitablarında gəlmişdir Xəvarzimi əl-Hənəfinin Mənaqib kitabında və başqalarının bu hədis bir neçə cür təfsir olunub onlardan: Həqiqətən Əli (ə)-ı sevmək insanı Onun əxlaqına, həyat tərzinə, təqvasına və imanına tabe olmağa məcbur edir və onun xeyr işi pis işlərinə qələbə çalır hətta elə bil ki onun pis işi olmayıb, əksi elə əksidir həqiqətən Əli (ə)-a düşmənçilik etmək insanı Onun əxlaqına, həyat tərzinə, təqvasına və imanına tabe olmamağa məcbur edir və onun pis işi yaxşı işinə qələbə çalır hətta elə bil ki yaxşı işi olmayıb, və bu Peyğəmbər (s)-dən nəql olunmuş hədisdən istifadə olunub belə buyurdu: Əgər insanlar Əli bin Əbu Talibin sevgisində cəm olsaydı Allahu təala odu (cəhənnəmi) yaratmazdır, mənim mübarək hədisin təfsirində dediyim səhih və qəbul olunmazdır?
Cavab: Allahın adı ilə, Bil ey övladım əgər insan Əli bin Əbu Talib (ə)-ı sevsə və Onun dininə hökmlər və övladları Məsumlar (ə)-ın göstərişləri ilə mültəzim olsa həmən insandan günah iş baş verməz, yalnız şeytanın və ya nəfs əmmarənin təzyiqi ilə baş verər, Bu kimi kişi ondan baş verən günaha görə peşman olar və Əli və Onun Övladlarının (ə) şəfaətinə hüququ çatar və ondan baş vermiş günah ona zərər verə bilməz çünki o, Əli bin Əbu Talib (ə)-ın şəfaəti ilə peşman olduqdan sonra bağışlanır, Hədisdən bu başa düşülür. Allah hidayət edən və biləndir.
Sual: Elə bir peyğəmbər yoxdur ki, Kufə məscidində namaz qılmasın, bu hədis səhihdir?
Cavab: Allahın adı ilə, Hədis bizim bəzi mötəbər kitablarımız vardır. Peyğəmbərlər (ə) öz vəzifələrini bilirlər. Allah daha yaxşı biləndir.
Sual: Peyğəmbərin qızı Fatimə (ə) Kövsərdir diyən hədis var?
Cavab: Allahın adı ilə, Bəzi kitablarda bu hədis vardır və bəzilərində Kövsərdən məqsəd zürriyyənin çox olmasıdır. Allah hidayət edəndir.
Sual: İman İslamdan fərq edir yəni mömin müsəlmandan uca məqamdadır, və yaxud müsəlman mömindən uca məqamdadır, çünki hədislərdə imanın çərçivəsi necə ki, İmam Sadiq (ə) Əbdur-rəhim əl-Qəsirlə məktubunda (yazışmasında) qeyd olunub ki, Əgər bir bəndə Allahu Təalanın qadağan etdiyi böyük günahlardan birini və ya qadağan etdiyi kiçik günahlardan birini etsə imandan xaric olub və iman adı ondan götürülüb və ona islam adı deyilər, Əgər tövbə və istiğfar etsə iman evinə yenidən qayıtmış olar? Bunun mənası yəni günah edən mömin imandan çıxmış olur və ammələr (qeyri şiələr) kimi müxalif müsəlman olur, necəki hədislər qeyd edib?
Cavab: Allahın adı ilə, Bil ey övladım İslam, beş üsuliddini və on firuiddini dildə iqrar etməkdir, İman vacibata mültəzim olub haramlardan çəkinməkdir, Əgər bunlara mültəzim olsa o müsəlman və mömindir amma əgər sağlam əqidəsi ola və bunlara mültəzim olmasa o müsəlmandır mömin deyil. Allah alimdir.
Sual: (Əmanətdar sənin iki övladın Həsən və Hüseynin atası, sənin qardaşın, həbibin, vəlin və uşaq ikən tərbiyə etdiyin və böyük ikən qardaş etdiyin, sənə səhabə və sevdiklərindən ən gözəli hamısından öncə mühacir və kömək edəndir) bu Əllamə Məcəlləsinin Biharul-ənvar kitabında qeyd etdiyi hədisin bir hissəsidir görsənən budur ki, Fatimə (ə)-ın bu hədisdə ki kəlamı o zamanın dilindən qəribədir, elə bil ki son zamanlardakı Abbasi və ya ondan sonrakı dövrə aiddir? O zamandada sevdiklərinin ən gözəli ifadəsi deyilirdi?
Cavab: Allahın adı ilə, O ifadə ərəb dilində qədim və yeni zamanlarda istifadə olunurdu, bədbəxt Abbasilər zamanına məxsus deyil. Allah hidayət edəndir.
Sual: Şeyx Tusinin Amal kitabında İmam Rza (ə)-dan O da Əmirəl-möminin (ə)-dan hədis nəql olunub (Dünyada dörd dənə cənnətin qəsrlərindəndir məscidul həram, peyğəmbər (s)-in məscidi, beytul müqəddəs məscidi və kufə məscidi. 1- Hədis səhihdir? 2- Hədis nəyi qəsd edir, bu məscidlərin cənnət qəsrləri ilə əlaqələri var, möminlər cənnətdə peyğəmbər məscidi adlı qəsrlə və kufə məscidi adlı qəsrlə nemətlənəcəklər belədir yoxsa bu məscidlərin dünyada fəziləti var yəni bu məscidlərin təmizlənməsində və ya tiklişində işləyənlər üçün cənnətdə qəsr veriləcək? 3- Ya qəsd edirki bu məscidləri ziyarət edənlər və təmizlik işlərini edənlər üçün cənnətdə qəsr veriləcək və ya hədis nəyi qəsd edir?
Cavab: Allahın adı ilə, Ehtiramlı yerlərin fəzilət və hörmətini bildirən hədislərin halı əxlaq və nəfsi paklaşdırmaq barədə gələn hədislər kimidir, Alimlərin davranışları bu hədislərə diqqət və himmət göstərməsi və onlarla etibarlı davranışdır, məlum olan budur ki, hədislərdən məqsəd bu məkanların şərafəti cənnət qəsirlərin şərafəti kimidir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra