Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Fatimənin (ə.s) evinə hücumda Əsləm qəbiləsinin rolu var idi, yoxsa sadəcə olaraq insanları Əbu Bəkrə beyət etməyə məcbur etməklə kifayətlənirdilər?
Cavab: Allahın adı ilə, Rəvayətlərdə hücum komandiri və onunla birlikdə olanlardan bəzilərinin adı çəkilmişdir. Rəvayətlərdə onunla birlikdə olanların hamısının adları çəkilməmişdir. Allah daha yaxşı biləndir.
Sual: Şeyx Müfid (r) “İrşad” kitabında qeyd edir ki, İmam Əlinin (ə.s) xanım Fatimədən (ə.s) olan övladları Həsənan (İmam Həsən (ə.s) və İmam Hüseyn (ə.s)) və Zeynəbandır (Xanım Zeynəb (ə.s) və xanım Ummu Külsüm (ə.s)). Lakin Möhsinin (ə.s) adını qeyd etmir.
Cavab: Allahın adı ilə, Zahir budur ki, Şeyx Müfid (r) imamın təbii yolla doğulan və yaşayan övladlarını qeyd edib. Möhsin (ə.s) isə ana bətnində olarkən qətlə yetirilib. Allah alim və hidayət edəndir.
Sual: Belə bir deyim var ki, Məkkənin fəthi günü baş verib (Kim Əbu Süfyanın evinə daxil olsa amandadır bu hədisdəki Əbu Süfyan kimdir və həmən evə daxil olan şəxs ölümdən amandadır və yaxud islama daxil olur)?
Cavab: Allahın adı ilə, Əbu Süfyan lənətlənmiş ağacın ən böyük köküdür və Müaviyyənin atası Yezidin isə babasıdır və burada amandan məqsəd həmən şərafətli yeri müsəlmanlar azad edərkən müsəlmanların qılıncı ilə ölməkdən amandadır. Allah alimdir.
Sual: Xanım Zeynəb (ə) və İmam Zeynulabidin (ə) Kufədən Suriyaya getmək üçün çıxanda hansı tərəf, yol və şəhərlərlə getdilər?
Cavab: Allahın adı ilə, Bəzi tarixçilər qeyd ediblərki əsirlərin gediş hərəkatı aşağıda qeyd olunan kimidir onlar birinci Kufədən çıxıb Tikritə sonra Mosula sonra Hələbə sonra Humat sonra Hums sonra Bələbəkkə sonra isə Dəməşqə getdilər, həmçinin necəki bəzi tarixçilər isə aşağıda qeyd olunan kimi qeyd ediblər Kərbəladan Kufəyə sonra Əsqalan sonra Kufə və Əsqalanın arasındakı Mosula və Nəsibin və Humat və Hums və sonra isə Dəməşq. Yaxşıdır ki bilinsin biz bir neçə dəfə qeyd etmişik ki, Kərbəla hadisəsində bu uzun illərin keçdikdən sonra bir sözün içində cüziyyatı qeyd etmək çətindir, məsdərlərin ixtilaflı olması və cüziyyatı dəqiqləşdirməmək təvatürlə sabit olmuş həmən hadisə və hadisədə baş verənlərə zərər verməz, Bilin agah olun Allah zalimlərə lənət etsin, Yaxın zamanda zülm edənlər başlarına nə gələcəyindən xəbərdar olacaqlar.
Sual: Nə üçün Əli (ə) Xanım Fatimə (ə)-ın evinə hücum ediləndə Ondan (ə) müdafiə etmədi?
Cavab: Allahın adı ilə, Bizim mötəbər məsdərlərimizdə sabit olub ki, həqiqətən Peyğəmbər (s) Əli (ə)-a Ona və Ciyər parəsinə baş verəcək hadisə barəsində xəbər verib və Ona səbr etməyə əmr edib və bəzi məsdərlərdə qeyd olunub ki, o zaman ki, Əli (ə) eşitdi eşitdiyinin şiddətindən durdu və oturdu və Peyğəmbər (s) buyurdu səbr edim hörmətim sındırılsın və Peyğəmbər (s) buyurdu: bəli bunu Cəbrail (ə) mənə xəbər verdi, buyurdu de Fatimə (ə)-a düşmənlər cürət etdiyi zaman məni səsləmə, ola bilər Xanım Zəhra (ə) Fizzəni nida etməsində sirr bu imiş. Allah daha yaxşı biləndir.
Sual: Nə üçün Əli (ə) öz xilafəti zamanı Fədəki geri almadı?
Cavab: Allahın adı ilə, Onun çoxlu səbəbləri ola bilər onlardan biri həqiqətən birinci və ikinci iddia etdilər ki, Fədəki bütün müsəlmanların ixtiyarına qoyublar və onların üçüncüsü isə Fədəki öz qohumlarının bəzisinə verdi və müsəlmanların qəzəbinə səbəb oldu və əgər Əli (ə) Fədəki geri alıb özünə və övladlarına versəydi cahil insanlar xəyal edərdilər ki, Oda (ə) üçüncünün sirəsini (yolunu) gedir. Fədəki geri qaytarmamağda sirr ehtimal olunur ki, həqiqətən Xanım Zəhra (ə) o zamanki Əbu Bəkir Fədəki geri qaytarmamağa israr etdi ona dedi (götür Fədəki…) və ondan sonra dedi (məhşərə və nəşr olunanda cəzasına çatacaqsan hökm Allah üçün və rəqibin Muhəmməd (s)-dir orada batil əhli xəsarət edəcək… hədis nəql mənadır). Ola bilər başqa bir səbəb olsun və bizə gizli qalsın və Əli ibn Əbu Talib (ə) Fədəki geri qaytarmaq barəsində soruşulduğu zaman ona icmalən işarə etsin bu mənada buyurdu iddia edənlə qəsb edən Allahu təalanın hüzurundadır, İnanc olaraq bizə vacib olan səbəb həqiqətən İmam Əli (ə) məsumdur və Allahu təalanın əmrlərini yerinə yetirir və yerinə yetiribdə baxmayaraq ki, biz etdiyi işin hikmətini və onu etməyə məcbur edən səbəbi bilməyə cahil olsaqda. Allah alimdir.
Sual: Xəndək günü Əli ibin Əbu Talib (ə) bəzi gigiyenik qaydalarına riayət etmədiyinə görə gözü ağrıyırdı?
Cavab: Allahın adı ilə, Bil ey övladım həqiqətən Əli ibin Əbu Talib (ə) məsumdur. O nə bilərəkdən nədə səhvən haram işi görməz və vacibidə tərk etməz, xəstəliklər necə olursa olsun iki növdür ya Allahu təaladan bir bəla olaraq və ya başqa bir səbəbə görə hər hansı zalımın zülmü kimi, Peyğəmbərlərin (ə) xəstəlikləri kimi necə ki, buna Allahu təalanın bu kəlamı İbrahim (ə)-ın sözünü hekayət edərək dəlalət edir (Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir) və eləcədə Allahın peyğəmbəri Yəqub (ə) haqda (Kədərdən onun gözlərinə ağ gəldi. O, dərdini öz içində saxlayırdı), bundan əlavə olaraq hədislərdə Vəsilərin ağasının (ə) göz ağrı xəstəliyinə mübtəla olmasına işarə edir, lakin xüsusi ilə Xeybər döyüşündə idi Xəndək də deyil. Yatmışdınsa ayıl. Allah hidayət edəndir.
Sual: Möhsinin (ə) Əli (ə)-ın Xanım Fatimə (ə)-dan beşinci övladı olması sabit olub?
Cavab: Allahın adı ilə, Onda heç bir şiə şəkk etməyib və etməyəcək. Bəli bəzi alimlərdən təqiyyəyə zərurət olduğuna görə Möhsin (ə) barəsində yəqinlə bir söz zahir etməyiblər, necəki Şeyx Mufidin (r) bəzi sözləri buna işarə edir. Sonra bil həqiqətən Möhsin (ə) zalımın zülmü ilə Şəhidin nəvəsidir, yalnız o vaxt beşinci olar ki, əgər Əli ibin Əbu Talib (ə)-ın Xanım Zəhra (ə)-dan iki qızı olduğunu desək, onlar Zeynəb və Ümmü Külsüm (ə)-dır, bu işkallı bir məsələdir çünki güclü ehtimala əsasən həqiqətən Zeynəb (ə)-ın künyəsi Ümmü Külsümdür. Allah hidayət edən və biləndir.
Sual: Hörmətli Böyük Mərcə Şeyx Bəşir Hüseyn Nəcəfinin (kölgəsi davamlı olsun) Qasim ibn Həsən (ə)-ın Kərbəlada evlənməsi ilə əlaqədar isbat və inkar barədə rəyi nədir?
Cavab: Allahın adı ilə, Mötəbər sənətlə sabit olmayıb, buna diqqət edək ki, İmam Hüseyn (ə)-ın səhabələri ilə bədbəxtlərin arasında çəkişmələr məhərrəm ayının üçüncü günündən başlayıb və axırıncı döyüş başlamamışdan bir neçə gün öncə suyu İmam Hüseyn (ə) və səhabələrindən kəsdilər, bu hal da bir nəfərin evlilik haqda fikirləşməsi məntiqlidir? İmam Həsən (ə)-ın vəsiyyət etməsi deyilsə İmam Hüseyn (ə) (Allaha pənah bu sözdən) qardaşının vəsiyyətindən qəflətdə idi? (Allaha pənah bu sözdən) Qasim atasının vəsiyyətinə diqqətsiz idi? Ey ağıl sahibləri buna diqqət edin. Bəli qeyri mötəbər kitablarda bu qeyd olunub. Əgər hər hansı bir şiə cəmiyyətində buna (Qasimin toyuna) diqqət göstərirlərsə nə qədərki onların əməlləri Əhli beyt (ə)-a məhhəbbətindən irəli gəlirsə onlara tohin etməyək. Allah hidayət edən və biləndir.
Sual: (Qardaşım qərar verdi, və mən (bədəni doğranan adam kimi) çıxılmaz vəziyyət də ona itaət etdim.) İmam Hüseyn (ə) ölümü Müaviyə ilə olunan sülhdən üstün tutması doğrudurmu?
Cavab: Allahın adı ilə, Bil ki, ey oğul, İmam Əli (ə)-dan sonra vilayət İmam Həsən (ə)-da idi. İmam Hüseyn (ə) isə ona vəzifəsinə əməl etməsi barədə heç bir şey buyurmayıb. Bu şəriyyət cəhətdən də icazəli deyildir. Bil ki, İmam Həsən (ə) sülhü həqiqi sülh deyildi. Bu gələn zərərin qarşısını almaq üçün idi. Necə ki, Peyğəmbər (s) Məkkə müşrikləri ilə sülh bağlamışdı. Allah hidayət edəndir.
Əvvəl
1
2
Sonra