Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əgər mükəlləf cəhalət üzündən dəstəmaz alarkən üç dəfə yuyulmağın caiz olduğuna etiqad etsə və uzun müddət belə əməl etsə, namazlarını qəza etməsi vacibdir? Yaş əllə məsh çəkmək üçün əlinin içindəki rütubət quruduğu təqdirdə, saqqal və ya qaşındakı nəmliyi götürərək məsh çəksə bunun səhihliyinə hökm olunacaq?
Cavab:Allahın adı ilə. Bu səhih deyildir və batil dəstəmazla qıldığı namazları təkrar qılmalıdır. Allah daha yaxşı biləndir.
Sual:Çoxlu su və ya bol tərin olması, yəni yuyulma bu suyun və ya tərin varlığında baş verirsə, yuyulması vacib olan dəstəmaz üzvlərinə mane olur yoxsa onu qurutmaq lazımdır?
Cavab:Allahın adı ilə. Əgər yuyulması vacib olan yerlərin hamısına su çatsa, dəstəmaz səhihdir, əks halda səhih deyil. Allah alimdir.
Sual:Sağ əlin dirsəyini yuyarkən sağ əllə su götürüb sol ələ tökmək, sonra isə sağ əlin dirsəyinə tökmək müstəhəbdir. Bu müstəhəblik ancaq qaba məxsusdur yoxsa aftafadan, krantdan və s-dən götürməyə də şamildir. Bunun ovuca xas olduğunu fərz etsək, krant və ya aftafa kimi şeylərlə dəstəmaz almaq istəsə bunun hökmü nədir?
Cavab:Allahın adı ilə. İstər suyu sağ ələ ovucla, istər aftafa və ya bunun kimi şeylərlə götürsün suyu sağ əldən sola tökmət müstəhəbdir. Allah daha yaxşı biləndir.
Sual: Ürək getmə, zəiflik və ya özünü idarə etməyə qüdrəti çatmaya, yəni bir şəxs hiss etsə ki, o və ya onun ətrafındakılar fırlanır və ya hərəkət edir bu zaman onun dəstamazı batil olur?
Cavab: Allahın adı ilə, Yüz faiz yatdığına əmin olmasa dəstamazı batil olmaz. Allah daha yaxşı biləndir.
Sual: Tük əkmə əməliyyatını etdirən şəxsin dəstəmaz alma qaydası necədir, və başının qarşı hissəsinə məsh çəkməyə imkanı yoxdur?
Cavab: Allahın adı ilə, Fərz olunan sualda təyəmmüm edəcək. Allah alimdir.
Sual: Cənabət qüslündən sonra hətta rəca mətlubiyyə ünvanı ilə olsa belə dəstamaz almaq caizdir?
Cavab: Allahın adı ilə, O şəriətdə gəlməyib. Allah daha yaxşı biləndir.
Sual: Dəstamazdan öncə dəstamaz üzvlərini dəstamaza mane olanların varlığından qorxaraq yoxlamaq vacibdir?
Cavab: Allahın adı ilə, Əgər maniənin varlığını ehtimal edirsə axtarış aparmaq vacibdir. Allah alimdir.
Sual: Bir şəxs hər hansı bir soyuqluğa qarşı dərinin həssaslığı xəstəliyinə yoluxub bədənin bir tərəfini məsələn qolun dirsəyə və ya budun dizdən ayaqa qədər açsa əziyyət çəkəcək boğulmaq həddinə çatır, Mühüm budur ki, su ilə dəstamaz və ya qüsl almaq onun üçün üzürlüdür, və əgər təyəmmümdə alsa həssaslıqdan əziyyət çəkəcək, Nəticə olaraq ona hər namaz vaxtı və ya hər gün dəstamaz almaq üzürlü olur və təyəmmüm almaqdan həssaslıq yaranır, burada təharət baxımından namaz üçün onun hökmü nədir?
Cavab: Allahın adı ilə, Ona soyuqdan çəkinmək üçün dəstamaz və ya qüsl almağa isti su hazırlamaq lazımdır və əgər təyəmmüm etməyə zərurət olsa təyəmmüm etmək üçün torpağıda qızdırmaq lazımdır. Allah alimdir.
Sual: Əgər bir şəxs axır vaxtlarda bilə ki dəstamazın bəzi hissələrindəki olan boyanı onun (boyanın) suyu dəriyə çatmasının qarşısını aldığına cahil (bilmədən) olaraq təmizləməyib, keçən illərdə qıldığı namazların hökmü nədir?
Cavab: Allahın adı ilə, Bu kimi dəstamazla qıldığı namazlar batildir onları qəza etmək vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Vacibi işi yerinə yetirmək üçün hətta vaxtı daxil olmamışdan öncədə olsa dəstamaz almaq caizdir. Səhər saat doqquzda gələcək zöhr namazı üçün niyyət edib dəstamaz almaq kimi? Əgər caiz olmasa hökmə cahil olan bir şəxsin bu cür uzun illər etsə hökmü nədir?
Cavab: Allahın adı ilə, Caizdir və namaz düzgündür. Allah alimdir.
Əvvəl
1
2
Sonra