Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Atanın, doğulan uşağın ata babası olan yəni öz atasından nəvəsinə ad verməsini istəməsi müstəhəb sayılırmı? Əgər belədirsə, uşağın ana tərəfindən babası da ad vermək hüququna malikdirmi? Atanın, ad verməkdə babadan önə keçməsi, məkruh və ya ədəbsizlik və yaxud, müstəhəbbin xilafınadır, yoxsa ad verməkdə üstünlük ataya aid olduğuna görə bu ədəbsizlik və yaxud müstəhəbbin xilafı sayılmaz?
Cavab:Allahın adı ilə. Bizim dinimizdə bunun müstəhəb olduğu təsdiq edilməmişdir və şəriətə görə, uşağın adını qoymaqda ata mükəlləfdir. O, uşağın ana və ata babasından, köməklik diləyə bilər. Bəli, əgər baba ad qoymaq üçün nəvəsinə xeyirli bir ad seçmək məqsədilə bunu edirsə, babanın bu hərəkəti müstəhəbdir. Eyni zamanda, əgər bu, uşağın atasının razı salmaq məqsədindəndirsə, bu da müstəhəbdir. Allah daha yaxşı biləndir.
Sual: Müsəlmanın sünnət edilməməsi icazəlidirmi?
Cavab: Allahın adı ilə, Sünnət uşağın kiçik olduğu müddətcə ataya, böyüyüb həddi-büluğa çatdıqda isə insanın özünə vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər sünnət peyğəmbər sünnətidirsə (peyğəmbərin göstərişi), nə üçün insanlar sünnətsiz məhşərə gələcəklər?
Cavab: Allahın adı ilə, Öz yerində qeyd etmişik ki, uşaq (oğlan uşağı) nə qədər ki, azyaşlıdır vəlisinə onu sünnət etdirmək vacibdir, və əgər sünnətsiz böyüsə ona sünnət olmaq üçün tabe olmaq vacibdir, burada sünnət deyiləndə şəriət, din qəsd edilir, və amma insanların qiyamət günündə sünnətsiz məhşərə gəlmələri mötəbər sənətlə sabit olmayıb. Allah hidayət edən və biləndir.
Sual: Bəzi heyvanları ölməmişdən bir an öncə kəsirlər, Əgər ölməmişdən öncə kəssələr onun ətini yemək caizdir?
Cavab: Allahın adı ilə, Əgər ölməmişdən öncə kəsmək mümkün olsa, əqiqə səhihdir və əqiqəni yemək caiz olan şəxslərə yemək caizdir. Allah daha yaxşı biləndir.
Sual: Bizim bəzi insanlarımız kəsilən heyvana kəsməmişdən öncə su vermir, onda hökm nədən ibarətdir?
Cavab: Allahın adı ilə, Heyvanı kəsməmişdən öncə su vermək yaxşıdır. Allah alimdir.
Sual: Əgər əqiqə kəsən şəxs namaz qılan və oruc tutan deyil əqiqə kəsməsi caizdir?
Cavab: Allahın adı ilə, Əgər şərtlər həyata keçsə eybi yoxdur, Lakin Allah əməlləri yalnız təqvalılardan qəbul edir, Allahu təala buyurur (Yalnız Allah təqvalılardan qəbul edir). Allah hidayət edən və biləndir.
Sual: Məsumlardan (ə) əqiqəni evdə kəsməyin müstəhəbliyini bildirən hədis vardır? Əgər varsa hansıdır?
Cavab: Allahın adı ilə, Mötəbər sənətlə sabit olmayıb. Allah alimdir.
Sual: Həddi buluğa çatmış şəxsin əqiqə ətindən atalarının kəfalətindən çıxmış qardaşlarının yeməsi caizdir?
Cavab: Allahın adı ilə, Əqiqə sahibinin atası, anası və onların övladları əqiqədən yeməsi məkruhdur hətta ehtiyata görə onu yeməkdən çəkinsinlər. Allah daha yaxşı biləndir.
Sual: Əgər müxtəlif ailələr tərəfindən bir neçə əqiqə kəsilə və əti müştərək mətbəxdə pişirələr və onların ətidə müştərək, qarışıq ola, uşağın ata anası o ətdən yeməsi caizdir?
Cavab: Allahın adı ilə, Əqiqə kəsilən şəxsin ata anasının və eləcədə övladlarının (ata ananın) əqiqədən yeməsi məkruhdur, hətta ehtiyata görə onlar o ətdən yeməkdən çəkinsin, yalnız onlar yəqinən biləki, yedikləri ət öz övladlarının əqiqəsindən deyil. Allah alimdir.
Sual: Əqiqə ətini İmamalar (ə)-ın matəm münasibətlərinə vermək caizdir?
Cavab: Allahın adı ilə, Caizdir. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
Sonra