Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual:Əgər bir şəxs fitrə zəkatını başqa birinə onun fəqir və fitrəyə müstəhəq olduğunu düşünərək verərsə, həmin şəxsin fitrəyə müstəhəq olmadığını ona bildirməsi və fitrəni qaytarması vacibdirmi?
Cavab:Allahın adı ilə. Sualın fərzində bu iş ona vacibdir. Allah daha yaxşı biləndir.
Sual:Əgər mükəlləf fitrə zəkatının ümumi bir qidadan olmasını bilməyib fitrə olaraq pul ödəyibsə, onu ödəyərkən nə əvəz etmək niyyətində olub, nə də ödənilən nağd pulun qidadan kifayət edəcəyini niyyət edib, əksinə, hökmdən xəbərsiz olduğu üçün bu nağd pulun fitrə zəkatı olmasını niyyət edib. Bu fitrə zəkatı üçün keçərlidir ya yox?
Cavab:Allahın adı ilə. Sualın fərzində keçərlidir. Allah daha yaxşı biləndir.
Sual: Mənim öhdəmdə yaşayan oğlum öz istəyi ilə özünün və qalan qardaşlarının fitrə zəkatını versə, mənim öhdəmdən onu verməyin vacibliyi götürülür? Və bunuda qeyd edimki onu verməyə imkanım çatır?
Cavab: Allahın adı ilə, Əgər sənin ona nəfəqə verməyin oğulun nəfəqəsini təmlik ünvanı ilədirsə və onun almağıda təmlik qəsdi ilədirsə sənin öhdəndən götürülür, və amma əgər uşağa nəfəqəni müsəllət etmək üçündürsə yəni onun əlində qalan mal sənindir bu zaman əgər oğlan özü və ailə üzvlərinin əvəzində verdiyi fitrə zəkatı sənin razılığın və ya icazənlədirsə sənin öhdəndən fitrə götürüləcək, əks halda götürülməyəcək. Allah daha yaxşı biləndir.
Sual: Bizim ölkəmizdə insanların çoxu çox vaxt pomidor, xass və bunlar kimi şeylərdən üstün formada istifadə edirlər bunun kimi bəzi növlərdən fitrə zəkatını çıxartmaq kifayət edir?
Cavab: Allahın adı ilə, Daha yaxşı fəqirə fitrə ünvanı ilə verilən şey insan ondan yemək üçün ehtiyacsız olmasın. Bəli əgər mükəlləfin yanında fitrə zəkatını vermək üçün yalnız dediklərin vardırsa kifayət edər. Allah alimdir.
Sual: Mən çıxartdığım fitrə zəkatını başqa bir ölkədə yaşayan ehtiyaclı birinə göndərərkən o, məbləği bankdan çıxararkən əsginasların dəyişməsinə səbəb olur. Bu hal da bu pulun dəyişməsi hesab olunar?
Cavab: Allahın adı ilə, Fitrə zəkatı çıxarılan pul olduğu kimi çatdırılmalıdır. Əgər zərurət pulun dəyişilməsinə yaranarsa, Şəri hakimdən icazə alınmalıdır. Əgər dəyişiklik olarkən, verilən zəkatın miqdarın da naqislik olarsa, zəkatı çıxaran şəxs naqisliyi tamamlamalıdır. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatını electron formada xeyriyyə təşkilatlarının ünvanına (hesabına) göndərmək düzgündür?
Cavab: Fitrəni göndərən şəxs onun göndərmə məbləğini özü verməlidir. Şəri Hakimin icazəsi ilə olarsa icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Xüms çıxartmayan bir şəxsin fitrə zəkatı çıxartması vacibdir?
Cavab: Allahın adı ilə, Öz malının xümsünü çıxartması vacibdir və vümsü verilmiş maldan fitrə zəkatını çıxarmalıdır. Allah daha yaxşı biləndir.
Sual: Əgər qonaq bayram gecəsi məğribdən qabaq gələrsə və yeyib içib və sübhə qədər yatarsa, bu halda ev sahibi o, şəxsin fitrə zəkatını ödəməlidir?
Cavab: Allahın adı ilə, O, şəxsin fitrəsi ev sahibinin üzərindədir. Allah daha yaxşı biləndir.
Sual: Əgər fidyə verərkən ölçüdən artıq verərsə bu kifayət edərmi? Məsələn mud təam 750 qram hesab olunur. Şəxs isə hər gün 1 kilo miqdarında verir.
Cavab: Allahın adı ilə, Kifayət edər. Fidyə miqdarından artığı fidyədən hesab olunmaz. Allah daha yaxşı biləndir.
Sual: Ramazan ayının orucu üçün fidyə verən şəxs bunu duz və şəkər ilə verə bilərmi?
Cavab: Allahın adı ilə, Şəkər ilə verməyində şəkk yoxdur. Duzla isə işğallıdır. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra