Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Biz bir neçə şəxs məscidin idarə heyətində əyləşərək möminlərin verdiyi fitrə zəkatını cəm edirik. Əgər bayram hilalı görsənmədən öncə fəqirlərin istifadə etməsi üçün həmin məbləğlər onlara çatdırılması icazəlidir?
Cavab: Allahın adı ilə, Bilməlisiniz ki, möminlərdən bayram hilalı görsənmədən əldə etdiyiniz məbləğlər fitrə zəkatı hesab olunmaz. Həmin məbləğ sizin əliniz də o, şəxslər tərəfindən əmanət olaraq verilmişdir. Həmin məbləğləri verən şəxslərin icazəsi ilə borc olaraq fəqirlərə verməyiniz caizdir. Bayram hilalı görsəndikdən sonra o, borcları fitrə zəkatı hesab etməyiniz istər öz tərəfinizdən və ya o, məbləğlərin sahibləri tərəfindən lazımdır. Allah daha yaxşı biləndir.
Sual: Bir nəfər fitrə zəkatını müstəhəq şəxsə çatdırmaq da məni vəkil qərar vermişdir. Verilən məbləği olduğu kimi çatdırmalıyam yoxsa verilən pulu dəyişdirib verməyim icazəlidir?
Cavab: Allahın adı ilə, Həmin məbləği dəyişdirməyin caiz deyil. Verilmiş məbləği olduğu kimi çatdırmalısan. Allah daha yaxşı biləndir.
Sual: Ramazan ayında fitrə zəkatını verdikdən sonra birinin evində qonaq qalsam və həmin ev sahibi öz fitrə zəkatını verməsə, mənim – yəni qonağın – fitrə zəkatını ikinci dəfə verməsi vacibdirmi?
Cavab: Allahın adı ilə. Vacib deyildir. Allah daha yaxşı biləndir.
Sual: Zəkat fitrəsini çıxararkən mükəlləfin üzərinə düşən məsələlər: 1. Fitrə zəkatını çıxararkən və onu müstəhəqqə çatdırarkən qurbət niyyəti etməzsə, bu halın hökmü nədir? 2. Fitrə zəkatını verən şəxs onun hansı ərzaq növünün (məsələn, buğda, arpa və s.) əvəzində olduğunu niyyət etməzsə, bu halın hökmü nədir?
Cavab: 1. Allahın adı ilə. Zəkat fitrəsi boynundan düşmür və onu ikinci dəfə qürbət niyyəti ilə çıxarması vacibdir. 2. Allahın adı ilə. Ödədiyi məbləğ kifayətdir. Allah ən yaxşı biləndir.
Sual: Ramazan ayında fitrə zəkatını verdikdən sonra birinin evində qonaq qalsam, ev sahibinə “Sənin adından fitrə zəkatımı verməyimə icazə verirsənmi?” deməyim olarmı?
Cavab: Allahın adı ilə. Bu əməl caizdir. Belə halda fitrə zəkatı ev sahibi tərəfindən naiblik (vəkalət) yolu ilə yerinə yetirilmiş olur. Allah daha yaxşı biləndir.
Sual: Bəzi ölkələrdə fitrə zəkatı yalnız həmin ölkənin milli valyutası ilə çıxarılır. Şəri baxımdan, əgər o ölkədə müstəhəq şəxs yoxdursa, həmin fitrəni başqa ölkədə yaşayan müstəhəq şəxslərə göndərmək məqsədilə pulu başqa valyutaya çevirmək olarmı? Əgər pulu dəyişmədən göndərsələr, göndəriləcək ölkədə bu pulun faydası olmayacaq. Belə halda pulu başqa valyutaya çevirmək icazəlidir?
Cavab: Allahın adı ilə. Bilmək lazımdır ki, fitrə zəkatı həmin məntəqədə ən çox istifadə olunan qida məhsullarından verilməlidir. Verilən sualda isə, əgər bir şəxs fitrə zəkatını başqa ölkədə vermək istəyirsə, gərək o ölkədə fitrəni həmin məntəqənin qida məhsullarının qiymətinə uyğun hesablasın və müstəhəqq şəxsə həmin miqdarda çatdırsın. Allah daha yaxşı biləndir.
Sual: Əgər fitrə zəkatının miqdarı 5 dinar olarsa və zəvaldan əvvəl 10 dinar nəğd pul ayrılsa — onun 5 dinarı fitrə niyyəti ilə, 5 dinarı isə sədəqə niyyəti ilə — bu halda, həmin məbləğ bayram günü, istər zəvaldan əvvəl, istərsə də sonra müstəhəq şəxsə verilsə, əməl düzgündür?
Cavab: Allahın adı ilə. Bəli, doğrudur. Lakin çalış ki, verdiyin fidyə və fitrə zəkatı zəvaldan sonra nə müstəhəq şəxsin, nə də şəri hakimin yanında saxlanılmasın. Allah daha yaxşı biləndir.
Sual: Bayram gecəsi ailə başçısı fitrə zəkatını verdikdən sonra qardaşıgilə qonaq getsə, fitrə zəkatının verilməsi aşağıdakı hallarda necə tənzimlənir: 1. Əgər qonaq öz fitrə zəkatını ödəməyibsə və ev sahibi onun üçün bu zəkatı verməsə, bu məsuliyyət qonağın üzərində qalacaqmı? 2. Əgər ev sahibi qonağın fitrə zəkatını ödəyərsə, bu halda ev sahibinin verdiyi zəkatlar necə hesablanacaq?
Cavab: 1. Allahın adı ilə. Ev sahibi bayram gününün zəvalına qədər qonağın fitrə zəkatını çıxarmalıdır. Əgər çıxarmasa, bu borc qonağın üzərində qalacaq. Allah daha yaxşısını biləndir. 2. Allahın adı ilə. Qonaq isə özündən asılı olanların fitrə zəkatını çıxarmalıdır. Allah daha yaxşısını biləndir.
Əvvəl
1
2
3
Sonra