Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Əgər mükəlləf fitrə zəkatının miqdarından çox çıxardarsa bu halda boynundan fitrə düşərmi?
Cavab: Allahın adı ilə, Bəli boynundan fitrə zəkatı düşər. Vacibi miqdardan əlavə verdiyi fitrə hesab olunmaz. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatını duz və şəkər ilə vermək icazəlidir?
Cavab: Allahın adı ilə, Şəkər ilə vermək də şəkk yoxdur. Duz ilə isə işğallıdır. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatını nəğd şəkildə ödəmək caizdir. Lakin nəğd pulun fitrə çıxarılmasına vacib olan məmulatların əvəzində verilməsini qəsd etmək vacibdir? Mükəlləf şəxslərin əksəriyyəti müraciət edərkən fitrə zəkatının miqdarını öyrənir və onlara 3000 lirə deyildik də onu çıxardıb verirlər. Daha bu 3000 lirənin hansı yeyinti məmulatının əvəzində olduğunu niyyət etmirlər?
Cavab: Allahın adı ilə, Əgər çıxartdığı fitrənin hansı yeyinti cinsinin əvəzində olduğuna bir yolnan diqqətli olsa nəğd şəkildə çıxartmaq kifayətdir. Allah daha yaxşı biləndir.
Sual: Bəzi fəqihlər Sa miqdarının 3 kilo 480 qram olduğunu zikr ediblər. Sizin nəzərinizdə Sa miqdar olaraq nə qədərdir?
Cavab: Allahın adı ilə, 3 kilo miqdarındadır. Allah daha yaxşı biləndir.
Sual: Zəkat fitrəsi üçün bunlardan (arpa, buğda, düyü, kişmiş, xurma) hansı daha yaxşıdır?
Cavab: Allahın adı ilə, Xurma ilə daha yaxşıdır. Allah daha yaxşı biləndir.
Sual: Ramazan ayının günlərində fitrə zəkatını çıxartmaq icazəlidir?
Cavab: Allahın adı ilə, Bayram hilalı görsənmədən fitrə zəkatı hesab olunmaz. Lakin fəqir şəxsə çıxarılan məbləğin borc niyyəti ilə verilməsi və bayram hilalı görsəndikdən sonra həmin məbləği fitrə zəkatı hesab etmək icazəlidir. Allah daha yaxşı biləndir.
Sual: Fitrə zəkatı nə zaman çıxarılmalı və nə zaman çatdırılmalıdır?
Cavab: Allahın adı ilə, Bayram gecəsindən bayram gününün zəvalına qədər çıxarılması vacibdir. Əgər bilərəkdən gecikdirsə günah etmişdir. Allah daha yaxşı biləndir.
Sual: Əgər fəqir özünün və ailəsinin dolanışığı üçün borc edibsə, bu halda şəri cəhətdən o, şəxs imkanlı hesab olunacaq? Fitrə zəkatını çıxartmaq ona vacibdirmi?
Cavab: Allahın adı ilə, Əgər dinin göstərişinə əməli olaraq yerinə yetirməyə qüdrəti varsa fəqir hesab olunmur. Fitrə zəkatı ona da vacibdir. Allah daha yaxşı biləndir.
Sual: Biz bir neçə şəxs məscidin idarə heyətində əyləşərək möminlərin verdiyi fitrə zəkatını cəm edirik. Əgər bayram hilalı görsənmədən öncə fəqirlərin istifadə etməsi üçün həmin məbləğlər onlara çatdırılması icazəlidir?
Cavab: Allahın adı ilə, Bilməlisiniz ki, möminlərdən bayram hilalı görsənmədən əldə etdiyiniz məbləğlər fitrə zəkatı hesab olunmaz. Həmin məbləğ sizin əliniz də o, şəxslər tərəfindən əmanət olaraq verilmişdir. Həmin məbləğləri verən şəxslərin icazəsi ilə borc olaraq fəqirlərə verməyiniz caizdir. Bayram hilalı görsəndikdən sonra o, borcları fitrə zəkatı hesab etməyiniz istər öz tərəfinizdən və ya o, məbləğlərin sahibləri tərəfindən lazımdır. Allah daha yaxşı biləndir.
Sual: Bir nəfər fitrə zəkatını müstəhəq şəxsə çatdırmaq da məni vəkil qərar vermişdir. Verilən məbləği olduğu kimi çatdırmalıyam yoxsa verilən pulu dəyişdirib verməyim icazəlidir?
Cavab: Allahın adı ilə, Həmin məbləği dəyişdirməyin caiz deyil. Verilmiş məbləği olduğu kimi çatdırmalısan. Allah daha yaxşı biləndir.
Əvvəl
1
2
3
Sonra