Baş səhifə
Həyatı
Xəbərlər
Mərcəi təqlidin xəbərləri
Ofisin xəbərləri
Vəkillərin xəbərləri
Nəsihət və Tövsiyələr
İstiftaat
Dərslər
Fiqh dərsi
Usul dərsi
Təfsir dərsi
Əxlaq dərsi
Kitablar
Bəyanatlar
Sual: Xanımda bəkarət pərdəsinin olmadığı üçün ona zina etməsini deməyin hökmü nədir? Bunu etsə mükəlləfə qəzf (zina etməyən şəxsə zina etdiyini nisbət vermək) atma sayılacaq? Bir dəstə camaatın və ya ictimaiyyətin çoxunun bakirəliyi olmayan qıza bununla bəyyinə olmayaraq hökm etmələrinin hökmü nədir?
Cavab: Allahın adı ilə, Bu caiz deyil, qəzf atan şəxs sayılacaq və qəzfin həddi ona şamil olacaq. Allah daha yaxşı biləndir.
Sual: Qadının öz tələbi ilə, qadının zorakılığa (məcbur edilərək zina edələr) məruz qaldıqda cinayətkar və ya cinayətkarlara hökm verilməsi məqsədi ilə bakirəliyi aşkar etmək caizdir?
Cavab: Allahın adı ilə, Əgər zərurət bunu tələb etsə caizdir. Allah alimdir.
Sual: Kişinin xanımının bakirəliyində şəkk etdikdən sonra onun tələbi ilə bakirəliyi göstərmək üçün cinsiyyət orqanını aşkar etməyin hökmü nədir, və qadın əksini iddia edə, kişiyə qadınının bakirəliyini bilməsi üçün onu qadın həkiminin yanına aparması hüquqi var? Və qızın həyat tərzində və ya zina etməsində şəkk etdikdə ata və ya qardaşların tələbi ilə bakirəliyi aşkar etməyin hökmü nədir?
Cavab: Allahın adı ilə, Əgər xanımın həyatını və ya şərəfini qorumaq zərurəti sən dediyindən aslıdırsa caizdir. Allah daha yaxşı biləndir.
Sual: Xanım və ya kişi həkimə zərurət olduqda yalan təqrir və ya xanımı yoxladıqdan sonra kəşfinə uyğun olmayan təqriri vermək (yəni onun bakirə pərdəsi olmadığı halda ona bakirə olduğunu yazmaq) qadının həyatını qorumaq üçün caizdir? 1- Onun (həkimin) bildiyi halda yazdığı həqiqi təqrir həmən cəmiyyətin ona ciddi əhəmiyyət göstərdiyinə görə qıza və ya xanıma ciddi zərər verəcək? 2- Onun zənn etdiyi halda dediyi həqiqət qıza zərər verməyə səbəb olacaq?
Cavab: Allahın adı ilə, Həkimə həqiqəti gizlətmək caiz deyil, Yalnız əgər biləki həqiqət kəşf olunduğu halda qız öldürüləcək bu zaman həqiqəti gizlətmək ona vacib olar. Allah daha yaxşı biləndir.
Sual: Bir xanım zina ilə ittiham oluna, və ona bəyyinə qaim ola, və laboratoriya müayinəsindən sonra onun bakirə olduğu bilinə (bu mənadaki, onda bakirə pərdəsi var), və bu ona hədd vurmağın qarşısını almaq üçün şübhə sayılacaq?
Cavab: Allahın adı ilə, Hədd yalnız zina edən kişi və ya qadının özü hakimi şərinin qarşısında etirafı və yaxud dörd şahidin zina edən kişinin cinsiyyət orqanının zina edən qadının cinsiyyət orqanına daxil olduğunu gördüklərinə bəyyinə qaim edələr. Həddi yerinə yetirmək fətva üçün cami şərait imkanı olan müctehidə həvalə olunur, Bil ey qızım bəzən yaxınlıq baş tutur amma bəkarət pərdəsi aradan getmir. Allah alimdir.
Sual: İndiki zamanda Xanımların və ailələrin çoxları əvvəlcədən evli olmayan kişi ilə evlənməyi üstün tuturlar, Əgər xanım bakirədirsə. Əgər xanım kişinin əvvəlcədən nə daimi nədəki, müvəqqəti evlənməməsini şərt etsə (yəni nə təlaq versin nədə xanımı rəhmətə getsin) və xanımı ilə yaxınlıq etdikdən sonra məlum olaki kişi əvvəlcədən evli olub bu halda xanıma evliliyi pozmaq seçimi veriləcək? Və ya xanıma mehriyyənin miqdarını artırmaq hüquqi sabit olar? Və ya təlaq tələb etmək, və yaxud xanıma heç bir hüquq sabit olmaz, yalnız kişi günahkar sayılacaq?
Cavab: Allahın adı ilə, Kişi xanımın ailəsini aldatdığına görə günahkar sayılacaq və əgər xanım ayrılmağı istəsə o təlaqı tələb edə bilər və kişi azaddır istər təlaqa razı olsun istərsədə olmasın. Allah daha yaxşı biləndir.
Sual: Mən Küfə universitetin (fiqh fakultəsində) fiqh və usul qisminin magistratura xanım tələbəsiyəm. Magistraturada (islam fiqhində qadın azadlığın hökmüləri) adlı mövzum var, mənim sizin bəzi suallara cavablarınıza, fətvalarınıza və bu barədə ictihadlarınıza ehtiyacım vardır. 1- Hər hansı bir hadisə ilə əlaqədar (yaxınlıqdan başqa bir şeylə) aradan getmiş bəkarət pərdəsini tikdirmək, bu gələcək əri tədlis (aldatmaq) sayılacaq? Bu əməliyyatın hökmü nədir əgər bəkarətlik pərdəsi zorlama nəticəsində aradan gedibsə və ya hər hansı zərurət və yaxud qeyri zərurət halında gedibsə? 2- Tikmə əməliyyatı bəzən haram olar çünki çox vaxt cinsiyyat orqanını baxmaq üçün açmaq tələb olunur, Əgər xanımlar həkim vasitəsi ilə tikmə əməliyyatı etdirsələr, məsələn bu əməliyyatı etdirmək üçün həkimə müvəqqəti ərə gedirlər, bu əməliyyat əcnəbi şəxsə cinsiyyatı açmamasına görə caizdir? 3- Əgər xanım sintetik pərdəni həkimin müdaxiləsi olmadan etsə bu əməliyyatı etməyin haramlığı yenədə qalar? Yəni zərurət olmadıqda yaxınlıqdan başqa bir şeylə aradan getmiş pərdədən əvəz sintetik əməliyyatı etmək caizdir? Bu kişini aldatmaq sayılacaq? 4- Məcburi (zorlama) ilə bəkarət pərdəsi aradan getmiş şəxsin sintetik əməliyyat etdirməsi kişini tədlis (aldatmaq) sayılacaq? Və əgər bunu kişi bilsə onun fəsx (evliliyi pozmaq) icazəsi var? 5- Xanım həkimin sintetik əməliyyatın səbəbini bilmədən, tələb edən xanım bu əməliyyatı istər zərurətə görə etdirsin və ya başqa şeyə görə etdirsin hökmü nədir? 6- Xanım həkimə bəkarət pərdəsinin aradan getmə səbəbini araşdırması vacibdir yoxsa onu araşdırmaq vacib deyil, özünün yaxşı niyyəti ilə edəcək? 7- Sintetik pərdəni almağın hökmü nədir (Çin pərdəsi o, kapsul formasında gəlir təqribən əməliyyat etdirməkdən yarım saat əvvəl cinsiyyət orqanına qoyulur sonra o parçalanır və qan şəklində damcı formada axır) pərdə əməliyyatının əvəzində istifadə edilir?
Cavab: Cavab: 1/ Allahın adı ilə, Əgər bəkarət pərdəsinin aradan getmə formasında hər iki halda qalmaq qadın üçün ictimaiyyətdə və ya başqa halda müsibətə səbəb olacaqsa əməliyyat etdirmək caizdir, amma əməliyyat etdirmədən fərz olunan sualda mütləq şəkildə caizdir, lakin qıza nişan göndərənə hiylə və saxtakarlıq etmək caiz deyil. Allah alimdir. Cavab: 2/ Allahın adı ilə, Fərz olunan sualda baxmaq və toxunmağın haramlığı aradan qalxır. Allah alimdir. Cavab: 3/ Allahın adı ilə, Aldatmaq (tədlis) yalnız əgər bəkarət haram və ya mübah yaxınlıqla aradan getsə lazım gəlir. Allah alimdir. Cavab: 4/ Allahın adı ilə, Əgər xanıma bəkarətin aradan getmə formasında qalmaq qız üçün ictimai və ya qeyri ictimai halda müsibətə səbəb olacaqsa əməliyyat etdirmək caizdir və amma fərz olunan sualda əməliyyatsız mütləq şəkildə caizdir, lakin qıza nişan göndərənə hiylə və saxtakarlıq etmək caiz deyil. Kəbində bakirəlik şərt olunsa kişi üçün evliliyi pozmaq seçimi verilir və şərən bəkarətliyin kəbindən öncə yaxınlıqla aradan getməsi sabit olur. Allah alimdir. Cavab: 5/ Allahın adı ilə, Zərurət olmadıqda caiz deyil. Allah alimdir. Cavab: 6/ Allahın adı ilə, Həkim xanıma kişini aldatmaqdan çəkinməsi lazımdır, oda bəkarətin yaxınlıqdan başqa bir şeylə aradan getməsinə təkid olduqdan sonra olar. Allah alimdir. Cavab: 7/ Allahın adı ilə, Əgər onda aldatmaq, hiyləgərlik varsa caiz deyil. Allah daha yaxşı biləndir.
Sual: Dəli olan halda ölən şəxsin vəsiyyətinin hökmü nədir? Səfeh və yaxşını pisi başa düşən uşağın vəsiyyətinin İmam Əbu Əbdillah Cəfər Sadiq (əleyhissəlam)-ın məzhəbinə uyğun olaraq hökmü nədir? Bunuda qeyd edimki, cavab maqistir dərəcəsinin müdafiə məktubunda qeyd olunacaq (vəsiyyətdə iradənin rolu), Bu mövzü Nəcəful Əşrəfdə yüksək elmi təhsil mərkəzi olan Ələmeyn institutunda yazılacaq.
Cavab: Allahın adı ilə, Əgər dəlinin şüuru ola və sağlam niyyətlə vəsiyyət etməyə imkanı olsa vəsiyyət sabit və ondan şəri yolla sadir olduğu halda qəbul olunacaq. İstər dəlilik ölümlə ardıcıl olsun istərsədə ölümdən öncə öz təbii halına qayıtsın fərq etməz. Amma səfehlik şiddətli ola və səfeh insanı dəli kimi (dəli hökmündə) etsə vəsiyyəti qəbul edilməz, amma səfehliyin dərəcəsi zəif ola və vəsiyyət onun kimilər üçün vəsiyyətə bağlı olan şərtlər ağılla uyğun olsa vəsiyyəti qəbul ediləcək. Və amma yaxşı pisi başa düşən uşağın vəsiyyəti əgər ağılla uyğun çərçivələrdə olubsa qəbul ediləndir. Bunu bilmək lazımdır ki, yaxşını pisi başa düşən uşaq vacibatı yerinə yetirmək və haramlardan çəkinməkdə şəri cəhətdən, həddi-büluğun şərt olduğu yerlər istisna olmaqla mükəlləfdir. Allah hidayət edən və biləndir.
Sual: Fiqhdə islam cinayətlərinin ailə üzvlərindən birinin məişət zorakılığı törətmiş şəxslərin cinayətinin hesablanmasında ölçü nədən ibarətdir?
Cavab: Allahın adı ilə, İşi dəlil və şahidlərlə şəri hakimə təqdim etmək vacibdir. Hakimi şəri məsələni təşxis etməkdə və günahkar barədə hökm etməkdə və ya bəraət verməkdə məsuldur. Şəraitin (yerlərin) dəyişməsi ilə qanun dəyişir. Hidayət edən Allahdır.
Sual: Kişinin (ərin) uşaq və xanımı (arvadı) tərbiyə etməkdə haqqı varsa bu hüququn miqdarı nə qədərdir?
Cavab: Allahın adı ilə, Tərbiyə, islah və əmr be məruf və nəhy ən münkərin hüdudlarından kənara çıxmaması vacibdir. Bu iki şərafətli vacibin (əmr be məruf və nəhy ən münkərin) ölçüləri tətbiq olunsun. Hidayət edən Allahdır.
Əvvəl
1
2
3
Sonra